Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ümumi çəkisi 15,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
19.04.2023
Polis əməkdaşlarının aprelin 19-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 15,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1,1 kiloqramdan artıq heroin, 14,4 kiloqramdan çox marixuana, 125 qram metamfetamin, 36 ədəd çətənə kolu olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Yevlax şəhər sakini C.Babayevdən 1 kiloqramdan artıq marixuana götürülüb
Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər də eyni əməllərə görə məhkum olunmuş C.Babayevdən 1 kiloqram 150 qram marixuana aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Bərdə rayonunun Həsənqaya kəndi ərazisində “VAZ-21099” və “VAZ-21011” markalı avtomobillər toqquşub
Aprelin 19-da saat 19 radələrində Bərdə rayonunun Həsənqaya kəndi ərazisində rayon sakinləri F.Əzizovun idarə etdiyi “VAZ-21099” və Ə.Sultanlının idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub. Nəticədə Ə.Sultanlının sərnişini F.Xankişiyev hadisə yerində ölüb, hər iki sürücü və digər avtomobildə olan sərnişin M.Ağayev xəstəxanaya yerləşdirilib. M.Ağayev xəstəxanada ölüb.Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.
Nəsimi rayonu ərazisindəki evlərdən birinə girərək ev sahibəsinə qarşı quldurluq etməkdə şübhəli bilinən R.Salmanov saxlanılıb
Aprelin 18-də gecə saatlarında Nəsimi rayonu ərazisindəki evlərdən birinə nəfəslikdən girən şəxsin ev sahibəsinin 100 manat pulunu və təqaüd kartını quldurluq yolu ilə talaması barədə polisə məlumat daxil olub. Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində quldurluq əməlində şübhəli bilinən əvvəllər oğurluğa görə məhkum olunmuş Yevlax rayon sakini R.Salmanov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Neftçala rayon sakininin bank kartından 2000 manat pul oğurlamaqda şübhəli bilinən K.Miraşiçenko saxlanılıb
Sabunçu RPİ 13-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində aprelin 13-də Neftçala rayon sakininin bank kartından 2000 manat pul oğurlamaqda şübhəli bilinən əvvəllər oğlurluq və narkotik cinayətlərinə görə məhkum olunmuş Samux rayon sakini K.Miraşiçenko müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Binəqədi rayonu ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən K.Məhərrəmova saxlanılıb
Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən pul və 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Zəngilan rayon sakini K.Məhərrəmova saxlanılıb.Araşdırma aparılır.
Yasamal rayonu ərazisindəki evlərin birindən pul və mobil telefon oğurlamaqda şübhəli bilinən V.Şirinov saxlanılıb
Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 1000 manat pul və 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini V.Şirinov müəyyən edilərək saxlanılıb.Araşdırma aparılır.
Goranboy rayonunun Xanqərvənd kəndindəki evlərin birindən oğurluq edib həmin evi yandırmaqda şübhəli bilinən N.Rüstəmov saxlanılıb
Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il mayın 26-da Goranboy rayonunun Xanqərvənd kəndindəki evlərin birindən 17000 dollar, 550 avro pul və 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda və həmin evi yandırmaqda şübhəli bilinən Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş Namiq Rüstəmov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 74 cinayətin açılması təmin olunub
18.04.2023
Aprelin 18-də ölkə ərazisində qeydə alınan 74, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Ümumi çəkisi 4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının aprelin 18-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1,4 kiloqramdan artıq heroin, 2,5 kiloqramdan çox marixuana, 114 qram tiryək, 28 ədəd çətənə kolu olub.Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.