Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü inzibati qaydada həbs olunub
18.04.2023
Aprelin 18-də saat 12 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində “Chevrolet” markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.Polis əməkdaşları tərəfindən sürücü, Bakı şəhər sakini Cavid Əliyevin avtomobili sənədsiz və narkotik vasitələrin təsiri altında idarə etməsi müəyyən olunduğundan barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə protokol tərtib edilib. Sabunçu rayon məhkəməsinin qərarı ilə o, 15 gün müddətinə inzibati qaydada həbs olunub.
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırmaqla inzibati qaydada həbs olunub
Aprelin 18-də saat 9 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində “VAZ-21074” markalı avtomobil əks istiqamətdə hərəkət etdiyinə görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Polis əməkdaşları tərəfindən sürücü, İsmayıllı rayon sakini İsrəfil Alızadənin narkotik vasitələrin təsiri altında avtomobili idarə etməsi müəyyən olunduğundan barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci və 511.1.2-ci maddələri ilə protokol tərtib edilib. Sabunçu rayon məhkəməsinin qərarı ilə o, nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırmaqla, 15 gün müddətinə inzibati qaydada həbs olunub.
Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən banklardan birinin filialında 2 ədəd 50 dollarlıq saxta əskinas verməkdə şübhəli bilinən R.Qəndiyev saxlanılıb
Aprelin 18-də saat 16 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən bankların birinin filialından Sabunçu Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gəliblər. Banka 2 ədəd 50 dollarlıq saxta əskinas verməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Qəndiyev saxlanılıb və araşdırma aparılması üçün 13-cü Polis Bölməsinə təhvil verilib.
Binəqədi rayonu ərazisində 3 avtomobildən səsboğucularını oğurlamaqda şübhəli bilinən Z.Mədətzadə saxlanılıb
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində “Toyota” və “Mitsubishi” markalı 3 avtomobildən 7000 manat dəyərində səsboğucularını oğurlamaqda şübhəli bilinən Şuşa şəhər sakini Z.Mədətzadə saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən olunub. Araşdırma aparılır.
Yasamal rayonu ərazisində Bakı şəhər sakini T.Məmmədova bıçaqla xəsarət yetirərək mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Aprelin 18-də saat 1 radələrində Yasamal rayonu ərazisində 3 nəfərin Bakı şəhər sakini T.Məmmədova bıçaqla xəsarət yetirərək mobil telefonunu quldurluq yolu ilə talanmaları barədə polisə məlumat daxil olub. Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri M.Hüseynov, F.Elayev və Ə.İbrahimzadə müəyyən olunaraq saxlanılıblar. M.Hüseynovun borclu şəxs qismində axtarışda olması da müəyyən olunub.Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
Gəncə şəhər sakini olan bir qadına qarşı soyğunçuluq etməkdə şübhəli bilinən Laçın rayon sakini H.Şahverdiyev saxlanılıb
Nəsimi RPİ 20-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Gəncə şəhər sakini olan bir qadının “Dodge” markalı avtomobilində 2 azyaşlı nəvəsinin 2 ədəd telefon və 2 ədəd planşetlərini soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Laçın rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş H.Şahverdiyev saxlanılıb.Faktla əlaqədar cinayət işi başlanılıb.
Sumqayıt şəhər sakini olan bir nəfərin bank hesabından pul oğurlamaqda şübhəli bilinən Göygöl rayon sakini S.Abbasov saxlanılıb
Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində aprelin 5-də Sumqayıt şəhər sakini olan bir nəfərin bank hesabından 2890 manatını oğurlamaqda şübhəli bilinən Göygöl rayon sakini S.Abbasov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Nəsimi rayonu ərazisindəki obyektlərdən birinin divarından elektrik kabeli və havalandırma borularını sökərək oğurlamaqda şübhəli bilinən E.Əliyev saxlanılıb
Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində aprelin 15-də rayon ərazisindəki obyektlərin birinin divarından 2000 manat dəyərində elektrik kabeli və havalandırma borularını sökərək oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Əliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Sumqayıt şəhər sakini A.Həsənovdan marixuana götürülüb
Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş A.Həsənovdan 350 qram marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Qəbələ rayonu ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 4230 manat dəyərində su qızdırıcısı, kombi, paltaryuyan, tozsoran, samovar, mirvari boyunbağı, 2 ədəd televizor və 2 ədəd xalça oğurlamaqda şübhəli bilinən şəhər sakini Y.Rəhmanlı və Bakı şəhər sakini G.Əliyeva müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.