Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Şəmkir rayonunun Sabirkənd kəndi ərazisində bir avtomobilin salon hissəsini yandırmaqda şübhəli bilinən V.Məmmədov saxlanılıb
23.04.2023
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində aprelin 22-də Sabirkənd kəndi ərazisində şəhər sakini A.Cəfərova məxsus “VAZ-2107” markalı avtomobilin salon hissəsini yandırmaqda şübhəli bilinən kənd sakini V.Məmmədov saxlanılıb. Araşdırma aparılır.
Gəncə şəhəri ərazisindən “VAZ-2107” markalı bir avtomobili qaçırılmaqda şübhəli bilinən N.Alıyev saxlanılıb
Gəncə ŞBPİ 3-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində aprelin 23-nə keçən gecə şəhər ərazisindən “VAZ-2107” markalı bir avtomobili qaçırılmaqda şübhəli bilinən Samux rayon sakini N.Alıyev avtomobillə birgə saxlanılıb.Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisində “Ford” markalı avtomobillə yolu keçən qəsəbə sakini C.İbrahimov vurulub
Aprelin 22-də saat 20 radələrində Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisində Abşeron rayon sakini R.İsmayılov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən qəsəbə sakini C.İbrahimovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
Ucar rayonunun Müsüslü kəndi ərazisində “Mercedes” markalı avtomobil yolun kənarına aşıb
Aprelin 23-də saat 7 radələrində Ucar rayonunun Müsüslü kəndi ərazisində Mingəçevir şəhər sakini S.Nəsibova idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarına aşırıb. Nəticədə avtomobildəki sərnişinlərdən bir azyaşlı hadisə yerində ölüb, digər bir azyaşlı isə xəsarətlə xəstəxanaya yerləşdirilib.Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
Sumqayıt şəhəri ərazisində “BMW” markalı avtomobillə bir azyaşlı vurulub
Aprelin 23-də saat 11 radələrində Sumqayıt şəhəri ərazisində şəhər sakini S.Nabataliyev idarə etdiyi “BMW” markalı avtomobili arxaya verən zaman yolu keçən bir azyaşlını vurub və nəticədə uşaq hadisə yerində ölüb.Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.
Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisində “Ford” markalı avtomobillə moped toqquşub
Aprelin 23-də saat 21 radələrində Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisində Astara rayon sakini S.Hüseynovun idarə etdiyi “Ford” markalı avtomobillə Bakı şəhər sakini A.Balayevin idarə etdiyi moped toqquşub. Nəticədə mopedin sürücüsü hadisə yerində ölüb.Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Binəqədi rayonu ərazisində “KamAZ” və “Nissan” markalı avtomobillər toqquşub
Aprelin 23-də saat 23 radələrində Binəqədi rayonu ərazisində Bakı şəhər sakinləri Ə.Qasımovun idarə etdiyi “KamAZ” və F.Məhərrəmovun idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşub. Nəticədə F.Məhərrəmov, sərnişinləri - anası P.Kərimova və xalası T.Xələfova hadisə yerində ölüb, azyaşlı oğlu isə xəsarətlə xəstəxanaya yerləşdirilib.Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Nizami rayonu ərazisində “Toyota” markalı avtomobillə Biləsuvar rayon sakini R.Şükürov vurulub
Aprelin 24-də saat 1 radələrində Nizami rayonu ərazisində Bakı şəhər sakini P.Cəfərov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Biləsuvar rayon sakini R.Şükürovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Qobustan rayonunun Cəngi kəndi ərazisində “Mercedes” markalı avtomobil aşıb
Aprelin 24-də saat 1 radələrində Qobustan rayonunun Cəngi kəndi ərazisində Xırdalan şəhər sakini F.Həsənov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə sürücü aldığı xəsarətlərlə xəstəxanaya aparılarkən yolda ölüb.Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 46 cinayətin açılması təmin olunub
22.04.2023
Aprelin 22-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.