Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ağstafa rayon sakini S.Bağırovun avtomobilindən qanunsuz saxladığı ov tüfəngi aşkar edilərək götürülüb
20.04.2023
Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Muğanlı kənd sakini S.Bağırovun “Opel” markalı avtomobilinə baxış zamanı qanunsuz saxladığı “TOZ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.Araşdırma aparılır.
Qusar rayon sakinləri N.Əzizova və M.Məmmədovanın müvafiq icazələri olmadan müxtəlif növ ağacların emalı və satışı ilə məşğul olmaları müəyyən edilib
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun Güdəzeyxur kənd sakini N.Əzizova və İmamqulukənd kənd sakini M.Məmmədova məxsus torpaq sahələrində müvafiq icazələri olmadan müxtəlif növ ağacların emalı və satışı ilə taxta sexlərinin fəaliyyət göstərməsi müəyyən olunub. Ağacların kəsilməsində istifadə edilən ümumilikdə 4 ədəd dəzgah və 20 kubmetr müxtəlif növ taxta materialları aşkar edilib.Araşdırma aparılır.
Qaradağ rayonu ərazisindəki mağazaların birindən pul və tütün məmulatları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Qaradağ RPİ 10-cu Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində aprelin 18-də rayon ərazisindəki mağazaların birindən 100 manat pul və tütün məmulatları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İ.Eyvazlı və Abşeron rayon sakini əvvəllər məhkum olunmuş Y.İmanov müəyyən olunaraq saxlanılıblar.Araşdırma aparılır.
Sabunçu rayonu ərazisindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 2400 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Ə.Quliyev və əvvəllər məhkum olunmuş E.Quliyev müəyyən olunaraq saxlanılıblar.Araşdırma aparılır.
Beyləqan rayon sakini İ.Əsgərovun avtomobilindən 1 kiloqramdan artıq metamfetamin aşkar edilərək götürülüb
Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Beyləqan rayon sakini İ.Əsgərovdan 4 qrama yaxın metamfetamin aşkar edilib.Davam etdirilən tədbirlərlə onun idarə etdiyi “Kia” markalı avtomobilə baxış zamanı isə 1 kiloqramdan artıq metamfetamin aşkar edilərək götürülüb.
Yasamal rayonu ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən F.Tağıyeva saxlanılıb
Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində aprelin 18-də rayon ərazisindəki evlərin birindən 500 manat, 2400 ABŞ dolları, 500 manat dəyərində qızıl-zinət əşyası və ətir oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini əvvəllər məhkum olunmuş F.Tağıyeva saxlanılıb.Araşdırma aparılır.
Suraxanı rayonunun Hövsan qəsəbəsindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən N.Məmmədov saxlanılıb
Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində aprelin 20-də Hövsan qəsəbəsindəki evlərin birindən 500 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Məmmədov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Sumqayıt şəhəri ərazisindəki qəbiristanlıqların birindən metal barmaqlıqları oğurlamaqda şübhəli bilinən T.Balaqardaşov saxlanılıb
Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisindəki qəbiristanlıqların birindən metal barmaqlıqları oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini əvvəllər məhkum olunmuş T.Balaqardaşov müəyyən olunaraq saxlanılıb.Araşdırmalarla onun şəhər ərazisində bir evdən məişət əşyaları oğurlaması da müəyyən olunub.
Sumqayıt şəhəri ərazisində bir avtomobildən maqnitofon oğurlamaqda şübhəli bilinən F.Pənahov saxlanılıb
Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisində “Mitsubishi” markalı bir avtomobildən maqnitofon oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini əvvəllər məhkum olunmuş F.Pənahov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Abşeron rayonu ərazisində bir avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən E.Abdullayev saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində aprelin 19-da rayon ərazisində bir avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş E.Abdullayev müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.