DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində ölkə ərazisində qeydə alınan 74 cinayətin açılması təmin olunub

24.05.2023

Mayın 24-də ölkə ərazisində qeydə alınan 74, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

  • Axtarışda olduğuna görə ümumilikdə 90, o cümlədən borclu şəxs qismində axtarışda olan 66 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.
  • Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.

24.05.2023 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 74 cinayətin açılması təmin olunub 24.05.2023
  • Biləsuvar rayonunun Çinarlı kəndində kənd sakini Ə.Abdullayevi odlu silahdan atəş açaraq qəsdən öldürməkdə şübhəli bilinən C.Həmidov tutularaq istintaqa təhvil verilib 24.05.2023
  • Lökbatan qəsəbəsində qəsəbə sakini Ə.Orucova odlu silahdan atəş aşaraq xəsarət yetirməkdə şübhəli bilinən R.Cəfərov saxlanılıb 24.05.2023
  • Paytaxt sakini olan bir nəfərin bank kartından pul oğurlamaqda şübhəli bilinən V.Əliyev müəyyən olunaraq saxlanılıb 24.05.2023
  • Nəsimi rayonu ərazisində Bakı şəhər sakini M.Quliyevə qarşı soyğunçuluq etməkdə şübhəli bilinən N.Ağayev saxlanılıb 24.05.2023
  • Nərimanov rayonu ərazisində Bakı şəhər sakini S.Niftiyevə qarşı xuliqanlıq etməkdə şübhəli bilinən V.Qurbanov müəyyən olunaraq saxlanılıb 24.05.2023
  • Xətai rayonunun Y.Səfərov küçəsində Bakı şəhər sakini N.Əliyevə qarşı quldurluq etməkdə şübhəli bilinən iki yeniyetmə saxlanılıb 24.05.2023
  • Binəqədi rayonunun Dərnəgül qəsəbəsi ərazisində bir qadına qarşı soyğunçuluq etməkdə şübhəli bilinən Ağdam rayon sakini E.Əhmədov saxlanılıb 24.05.2023
  • Sabunçu rayonunun Sabunçu qəsəbəsindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini B.Məmmədov saxlanılıb 24.05.2023
  • Sabirabad rayonunun Yenikənd kənd sakini R.Baxşiyevə məxsus həyətyanı sahədən çətənə kolları götürülüb 24.05.2023
  • Xəzər rayonunun Qala qəsəbəsi ərazisində “Ford” markalı avtomobillə yolu velosipedlə keçən qəsəbə sakini D.Əbilov vurulub 24.05.2023
  • Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində “BYD” markalı avtomobillə yolu keçən paytaxt sakini K.Fərzəliyev vurulub 24.05.2023
  • Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində “Toyota” markalı avtomobil elektrik dirəyinə çırpılıb 24.05.2023
  • Xəzər dənizinin İran sahillərindən qayıqlarla ölkəyə narkotikləri qaçaqmalçılıq yolu ilə gətirən mütəşəkkil dəstənin üzvləri saxlanılıblar 24.05.2023
  • Hövsanda üzərində qanunsuz olaraq odlu silah gəzdirən şəxs saxlanılıb 24.05.2023