Naxçıvan şəhəri ərazisindən Şahbuz rayon sakini A.Cəfərova məxsus avtomobili qaçırmaqda şübhəli bilinən Babək rayon sakini Ə.Fərəcov saxlanılıb
28.05.2023Mayın 28-də saat 6 radələrində Naxçıvan şəhəri ərazisindən Şahbuz rayon sakini A.Cəfərova məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Naxçıvan Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Babək rayon sakini Ə.Fərəcov rayonun Şıxmahmud kəndi ərazisində avtomobillə saxlanılıb. Araşdırma aparılır.