DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Taksi görüntüsü yaradaraq narkotiklərin satışı ilə məşğul olan “Prius” sürücüsü saxlanılıb

02.06.2023

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı Binə qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum edilmiş Kamran İsmayılov saxlanılıb. Onun üzərinə və idarə etdiyi “Toyota Prius” markalı avtomobilə baxış zamanı 2 kiloqrama yaxın marixuana aşkar edilib. 
Araşdırma zamanı müəyyən edilib ki, Kamran İsmayılov tanışı şəxsiyyəti istintaqla araşdırılan  “Mahal” adlı İran vətəndaşının göstərişi ilə onun qanunsuz yollarla ölkəyə göndərdiyi narkotiklərin paytaxtın müxtəlif ərazilərində paylanması ilə məşğul olub. O, taksi sürücüsü görüntüsü yaradaraq Bakı şəhərində narkotiklərin dövriyyəsini təşkil edib.
Qeyd edək ki, 3-cü Polis Şöbəsinin əməkdaşlarının son günlərdə həyata keçiridikləri əməliyyatlar zamanı Binə və ətraf ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 29 nəfər tutularaq istintaqa təqdim edilib. Saxlanılanlardan bir neçəsinin Binə qəsəbəsində yük maşınlarından akkumulyator oğurladıqları da müəyyən edilib.
Aşkar edilən faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Youtube linki -  https://www.youtube.com/watch?v=qyFTYk6vBhY

 

 

02.06.2023 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 66 cinayətin açılması təmin olunub 02.06.2023
  • Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində münaqişə zəminində qəsəbə sakini N.Rəhmanova bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən İ.Əhmədov saxlanılıb 02.06.2023
  • Binəqədi rayonunun Görədil bağlar sahəsindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıblar 02.06.2023
  • Qazax şəhər sakini A.Məmmədovun yaşadığı evdən ov tüfəngi aşkar olunaraq götürülüb 02.06.2023
  • Xaçmaz şəhər sakini R.Paşayevə məxsus həyətyanı sahədən çətənə kolları aşkar olunaraq götürülüb 02.06.2023
  • Qubadlı rayonunun Davudlu kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları məhv edilib 02.06.2023
  • Şəmkir rayonunun Sabirkənd kəndi ərazisində “Mercedes” markalı avtomobillə rayon sakini K.Rüstəmov vurulub 02.06.2023
  • Yevlax rayonunun Xaldan kəndi ərazisində “VAZ-21099” markalı avtomobillə piyada vurulub 02.06.2023
  • Taksi görüntüsü yaradaraq narkotiklərin satışı ilə məşğul olan “Prius” sürücüsü saxlanılıb 02.06.2023