Qusar rayonunun Çiləgir kəndi ərazisində “VAZ-2107” və “VAZ-2106” markalı avtomobillər toqquşub
03.06.2023İyunun 3-də saat 21 radələrində Qusar rayonunun Çiləgir kəndi ərazisində rayon sakinləri V.Eyvazovun idarə etdiyi “VAZ-2107” və N.Ağarzayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə N.Ağarzayevin sərnişini olan həyat yoldaşı hadisə yerində ölüb, özü və digər sürücü isə xəstəxanaya yerləşdiriliblər.
Qusar Rayon Polis Şöbəsində araşdırma aparılır.