DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Suraxanı rayonunda polis əməkdaşları arasında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yarış keçirilib

06.06.2023

Bu gün Suraxanı Rayon Polis İdarəsinin təşkilatçılığı ilə Hövsan qəsəbəsində yerləşən Olimpiya İdman Kompleksində Ulu Öndərin anadan olmasının 100-cü ildönümü münasibəti ilə polis əməkdaşları arasında silahsız özünü müdafiə üzrə çempionat keçirilib.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Şəhriyar Şəmşirli, Rayon prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, Rayon Məhkəməsinin sədri Rasim Kazımov, polis mayoru əməkdar idman ustası Elşən İbişov, DİN-in İdman Cəmiyyətinin nümayəndəsi iştirak ediblər.  
İlk öncə Ulu öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib. 
Çıxış edən qonaqlar müasir Azərbaycan dövlətinin banisi, Ulu öndər Heydər Əliyevin şərəfli ömür yolu və dövlətçiliyimizin tərəqqisi sahəsində gördüyü işlər barədə geniş məlumat verib və yarış iştirakçılarına uğurlar arzu ediblər. 
Daha sonra start verilən yarışda Suraxanı RPİ-nin 90 əməkdaşı 6 çəki dərəcəsində mübarizə aparıb. Silahsız özünü müdafiə və əlbəyaxa döyüş növləri olmaqla 2 mərhələdə keçirilən çempionatda qalıb gələn polis əməkdaşları medal, diplom və xatirə hədiyyələri ilə təltif ediliblər.

Youtube linki - https://www.youtube.com/watch?v=aLhPY2k9Gzg

 

 

06.06.2023 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 67 cinayətin açılması təmin olunub 06.06.2023
  • Bakı şəhər sakini olan bir nəfərin bank kartından 470 manatı oğurlamaqda şübhəli bilinən paytaxt sakini E.Səfərəliyev saxlanılıb 06.06.2023
  • Nizami rayonunun Q.Qarayev prospektində yerləşən gözəllik salonlarının birində iki qadının çantalarından cüzdanlarını oğurlamaqda şübhəli bilinən yeniyetmə müəyyən olunub 06.06.2023
  • Biləsuvar rayonunun Günəşli kənd sakini R.Sadıqovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb 06.06.2023
  • Gəncə şəhər sakini O.Abdullayevdən tapança, patron darağı və patronlar götürülüb 06.06.2023
  • Samux rayonunun Qaraarx kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları məhv edilib 06.06.2023
  • Ağsu rayonunun Padar-Qışlaq kəndi ərazisində “KamAZ” markalı avtomobil yolun kənarına aşıb 06.06.2023
  • Nizami rayonunun Q.Qarayev prospektində “Hyundai” markalı avtomobillə Naxçıvan şəhər sakini Q.Zeynalov vurulub 06.06.2023
  • Lənkəran rayonunun Vilvan kəndi ərazisində müəyyən edilməyən avtomobillə kənd sakini H.Əliyev vurulub 06.06.2023
  • Suraxanı rayonunda polis əməkdaşları arasında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yarış keçirilib 06.06.2023
  • Nərimanov rayonunda gecə saatlarında güclü səs effekti yaradan pirotexniki vasitələrdən istifadə edən və ətrafda yaşayan sakinlərin ciddi narazılığına səbəb olan şəxs həbs edilib 06.06.2023