Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ağdaş rayon ərazisindəki evləri birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini saxlanılıb
19.05.2023
Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evləri birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini B.Məmmədov saxlanılıb. Araşdırma aparılır.
Əmircan qəsəbə sakinindən narkotik vasitələr aşkar olunaraq götürülüb
Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Əmircan qəsəbə sakini Ş.Mustafayevdən 4 qramdan artıq heroin və metamfetamin aşkar olunub. Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan əlavə 1 kiloqram 15 qramdan çox heroin və 103 qramdan artıq metamfetamin götürülüb. Araşdırma aparılır.
Şərur rayonunun Dərvişlər kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar olunaraq məhv edilib
Naxçıvan Dəmir Yolu Nəqliyyatında Polis Şöbəsinin əməkdaşları tərəfindən Şərur rayonunun Dərvişlər kəndi ərazisində yabanı halda bitmiş 455 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Şamaxı Rayon Quşçu kənd sakini M.Babalıyevdən heroin aşkar olunaraq götürülüb
Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Quşçu kənd sakini M.Babalıyevdən 1 kiloqramdan artıq heroin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Bərdə Rayon Həsənqaya kənd sakininə məxsus təsərrüfata baxış zamanı oradan narkotik maddələr aşkar olunaraq götürülüb
Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Həsənqaya kənd sakini S.Xəlilova məxsus yardımçı təsərrüfata baxış zamanı oradan 1 kiloqram 125 qram marixuana, habelə həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 30 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir
Mayın 19-da saat 20 radələrində Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində rayon sakinləri Ə.Rufullazadənin idarə etdiyi “Hyundai” və N.Turabovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ-2106” markalı avtomobilin sürücüsü və sərnişini xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb.Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.
Goranboy rayonunun Qızılhacılı qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir
Mayın 19-da saat 22 radələrində Goranboy rayonunun Qızılhacılı qəsəbəsi ərazisində Tərtər rayon sakini E.Namazov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarı ilə gedən qəsəbə sakini Ş.Qasımovu vurub və nəticədə piyada hadisə yerində ölüb.Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.
Cənubi Amerikadan Avropaya, oradan isə Azərbaycana tranzit yolla kokain gətirən dəstə üzvləri saxlanılıb
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə narkotik vasitələr gətirən mütəşəkkil dəstə üzvlərinə qarşı əməliyyatlar davam etdirilir. Sonuncu tədbir zamanı Xalid İsgəndərov, Xəyyam Əsədov və Elman Yusifov saxlanılıblar. Onlardan 1 kiloqrama yaxın yüksək təsiredici xassəyə malik kokain və 3284 ədəd ekstazi həbi aşkar olunub. Həmin narkotiklərin Cənubi Amerika ölkələrindən Avropaya, oradan isə tranzit yolla Azərbaycan ərazisinə gətirildiyi müəyyən edilib. Belə ki, beynəlxalq yükdaşıma fəaliyyəti ilə məşğul olan “TIR” sürücüsü Elman Yusifovun bu işdə rolu narkotikləri ölkəyə keçirmək, Xəyyam Əsədovun vəzifəsi həmin narkotikləri sərhədyanı zonalardan götürərək Xalid İsgəndərova çatdırmaq, sonuncunun fəaliyyəti isə narkotik vasitə olan kokainin və ekstazi həblərinin Bakı şəhərində satışını təşkil etmək və əldə olunan “çirkli” pulları ölkə xaricinə çıxarmaq olub.Araşdırmalar zamanı saxlanılan şəxslərin ölkə ərazisində kokain və ekstazinin əsas tədarükçülərindən olmaları müəyyən edilib. Həyata keçirilən digər əməliyyatlar zamanı İrandan ölkəmizə narkotik vasitələri qanunsuz yollarla gətirən daha 5 nəfər - Yardımlı rayon sakini Xəqani Sultanov, paytaxt sakinləri Emin Əliyev, tanışları Kamil Əliyev və Natiq Aslanov, eləcə də, Vüqar Cəfərov saxlanılıblar. Bu şəxslərdən ümumilikdə 50 kiloqram, o cümlədən 33 kiloqram heroin, tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 12 kiloqram marixuana, 5 kiloqram metamfetamin, narkotiklərin təmassız dövriyyəsində istifadə etdikləri bank kartları və 210 ədəd psixotrop tərkibli həb aşkar edilib. Saxlanılanlar İranda yaşayan və Azərbaycan əleyhinə fəaliyyət göstərərək ölkəmizdə narkotiklərin əsasən gənclər arasında geniş yayılmasına can atan şərti adları “Kazım”, “Fəridin” və “Babək” olan şəxslər tərəfindən narkokuryerliyə cəlb olunduqlarını etiraf ediblər. Sonuncu əməliyyat zamanı İrandan Azərbaycana narkotik vasitələri qeyri-leqal yollarla göndərən kanallardan daha bir neçəsinə zərbə endirilib.Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat tədbirləri davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 40 cinayətin açılması təmin olunub
18.05.2023
Mayın 18-də ölkə ərazisində qeydə alınan 40, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Ümumi çəkisi 8,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının mayın 18-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 8,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 5,1 kiloqramdan artıq heroin, 3,3 kiloqrama yaxın marixuana, 50 qramdan artıq metamfetamin, həmçinin 200 ədəd güclü təsiredici xassəyə malik həb və 58 ədəd çətənə kolu olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.