Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Tovuz rayonu ərazisindəki mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən M.Hüseynov və A.Məmmədov saxlanılıblar
20.05.2023
Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki mağazaların birindən pul, 4500 manat dəyərində tütün məmulatı, spirtli içkilər, danışıq kartları oğurlamaqda şübhəli bilinən rayon sakinləri M.Hüseynov və A.Məmmədov saxlanılıblar. Araşdırma aparılır.
Bərdə şəhəri ərazisində yerləşən klinikaların birindən tikinti materiallarını oğurlamaqda şübhəli bilinən E.Hüseynov saxlanılıb
Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisində yerləşən klinikaların birindən 6500 manat dəyərində tikinti materiallarını oğurlamaqda şübhəli bilinən rayon sakini E.Hüseynov saxlanılıb. Araşdırma aparılır.
Yevlax rayonunun Ərəbbəsrə kənd sakini A.Yusibova məxsus həyətyanı sahədən 90 ədəd çətənə kolu aşkar olunaraq götürülüb
Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Ərəbbəsrə kənd sakini A.Yusibova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 90 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Zəngilan rayonunun Şayıflı kəndi ərazisində 100 hektar sahədə yabanı halda bitmiş çətənə kolları məhv edilib
Zəngilan Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri tədbir nəticəsində Şayıflı kəndi ərazisində 100 hektar sahədə yabanı halda bitmiş 2,4 ton çəkidə 8000 ədəd çətənə kolu məhv edilib.
Culfa rayonunun Göydərə kəndi ərazisində “Mitsubishi” markalı avtomobil aşıb
Mayın 20-də saat 15 radələrində Culfa rayonunun Göydərə kəndi ərazisində Zəngilan rayon sakini T.Şahməmmədov idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb. Nəticədə sürücü xəstəxanaya aparılarkən yolda ölüb. Culfa Rayon Polis Şöbəsində araşdırma aparılır.
Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb
Nizami rayonunda quldurluq hadisəsi baş verib. Naməlum şəxs Q.Qarayev 61 ünvanında zərərçəkənə qarşı zor tətbiq edərək onun pulunu və digər qiymətli əşyalarını ələ keçirib.Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində quldurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Elsevər Məmmədov saxlanılıb. Onun barəsində toplanan materiallar Nizami RPİ-nin İstintaq Şöbəsinə göndərilib.Elsevər Məmmədovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Nizami Rayon Polis İdarəsinə, 25-ci Polis Şöbəsinə, “102” Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 69 cinayətin açılması təmin olunub
19.05.2023
Mayın 19-da ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Abşeron rayonunundakı evlərin birindən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb
Abşeron rayonunun Masazır qəsəbəsindəki evlərin birindən 10.000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Quliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Laçın rayon sakininin yaşadığı evdən qanunsuz saxladığı ov tüfəngi aşkar olunaraq götürülüb
Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Laçın rayon sakini, əvvəllər məhkum olunmuş F.Lətifovun şəhər ərazisində yaşadığı evə baxış zamanı oğlu C.Lətifovun sosial şəbəkə hesabında paylaşdığı, qanunsuz saxladığı lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Sumqayıt şəhər ərazisində iki avtomobildən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisində iki avtomobildən pul və akkumulyator, iki evdən qızıl-zinət əşyaları, elektrik naqili və təmir-tikinti alətləri, bir nəfərin isə 235 manatını və mobil telefonunu oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş A.Məhərrəmov saxlanılıb. Araşdırma aparılır.