Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 54 cinayətin açılması təmin olunub
18.08.2023
Avqustun 18-də ölkə ərazisində qeydə alınan 54, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisində “Mercedes” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb
Avqustun 18-də saat 19 radələrində Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisində “Mercedes” markalı avtomobilin sürücüsü N.Mirzəyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü və avtomobildə olan 3 azyaşlı vəfat edib, digər sərnişin isə xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.
Sabirabad rayonunun Qaragüney kəndi ərazisində “Hyundai” markalı avtomobillə kənd sakini T.Məmmədov vurulub
Avqustun 18-də saat 19 radələrində Sabirabad rayonunun Qaragüney kəndi ərazisində Bulduq kənd sakini Ə.Həsənov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən kənd sakini T.Məmmədovu vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.Araşdırma aparılır.
Xəzər rayonu ərazisində yerləşən kafelərin birindən oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini X.Xalıqov saxlanılıb
Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən kafelərin birindən 2870 manat pul, 2 ədəd noutbuk, 3 ədəd mobil telefon və planşet oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş X.Xalıqov müəyyən olunaraq saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb.
Binəqədi rayonu ərazisində bir vətəndaşa qarşı quldurluq etməkdə şübhəli bilinən Abşeron rayon sakini İ.Qasımov saxlanılıb
Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 16-da rayon ərazisində bir vətəndaşı bıçaqla hədələyərək quldurluq yolu ilə mobil telefonunu və bank kartını almaqda şübhəli bilinən Abşeron rayon sakini İ.Qasımov müəyyən olunaraq saxlanılıb.
Sumqayıt şəhəri ərazisindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən C.Soltanlı saxlanılıb
Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki evlərin birindən 1200 manat pul oğurlamaqda şübhəli bilinən şəhər sakini C.Soltanlı müəyyən olunaraq saxlanılıb.
Cəlilabad rayon ərazisində bir avtomobildən pul oğurlamaqda şübhəli bilinən rayon sakini Ə.Mirzəyev saxlanılıb
Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində bir avtomobildən 3000 manat pul oğurlamaqda şübhəli bilinən Privolnoye kənd sakini Ə.Mirzəyev müəyyən olunaraq saxlanılıb.
Ağstafa rayonun Poylu qəsəbəsi ərazisində 2 ədəd 5 ədəd ov tüfəngi tapılıb
Ağstafa RPŞ əməkdaşları tərəfindən rayonun Poylu qəsəbəsi ərazisində 2 ədəd “TOZ” markalı, 3 ədəd “İJ” markalı ov tüfəngləri tapılıb.
Sumqayıt şəhəri ərazisindəki mağazaların birindən pul oğurlamaqda şübhəli bilinən şəhər sakini H.Nurəliyev saxlanılıb
Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki mağazaların birindən 800 manat pul oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş H.Nurəliyev müəyyən olunaraq saxlanılıb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 78 cinayətin açılması təmin olunub
17.08.2023