Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sumqayıt şəhərində bir şəxsə məxsus çantanı oğurlamaqda şübhəli bilinən Şəki rayon sakini S.Sadıqova saxlanılıb
20.08.2023
Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bir şəxsə məxsus içərisində 890 manat pul, 1000 manat dəyərində qızıl-zinət əşyaları, sənəd və bank kartları olan çantanı oğurlamaqda şübhəli bilinən Şəki rayon sakini S.Sadıqova müəyyən olunaraq saxlanılıb.
Saatlı rayonu ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini A.Zeynalov saxlanılıb
Saatlı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 5700 manat pul və 300 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Mustafabəyli kənd sakini, əvvəllər məhkum olunmuş A.Zeynalov müəyyən olunaraq saxlanılıb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 47 cinayətin açılması təmin olunub
19.08.2023
Avqustun 19-da ölkə ərazisində qeydə alınan 47, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Nəsimi rayonunun Cavadxan küçəsində bir nəfər paytaxt sakininə qarşı quldurluq törətməkdə şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıblar
Avqustun 18-də saat 21 radələrində Nəsimi rayonunun Cavadxan küçəsində şəxsiyyəti məlum olmayan 4 nəfərin paytaxt sakinini döyərək mobil telefonunu almaları barədə polisə məlumat daxil olub. Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş M.Əliyev, Gəncə şəhər sakinləri E.Musayev, qardaşı E.Musayev və Şamaxı rayon sakini P.Hacıyev müəyyən olunaraq saxlanılıblar.Araşdırma aparılır.
Balakən rayonunun Poçtbinə kəndi ərazisində “Daewoo” markalı avtomobil yolun kənarındakı ağaca çırpılıb
Avqustun 19-da saat 12 radələrində Balakən rayonunun Poçtbinə kəndi ərazisində Tülü kənd sakini A.Dinavasov idarə etdiyi “Daewoo” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü hadisə yerində ölüb. Araşdırma aparılır.
Binəqədi rayonu ərazisindəki mənzillərin birindən pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini F.Rəfiyev saxlanılıb
Avqustun 19-da Binəqədi rayonu ərazisindəki mənzillərin birindən 6000 avro və 800 ABŞ dollarının oğurlanması barədə polis orqanına məlumat daxil olub. Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini F.Rəfiyev müəyyən olunaraq saxlanılıb.
Binəqədi rayonu ərazisindəki ofislərin birindən 3 ədəd kondisioner oğurlamaqda şübhəli bilinən Ucar rayon sakini V.Fərzəliyev saxlanılıb
Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki ofislərin birindən 5800 manat dəyərində 3 ədəd kondisioner oğurlamaqda şübhəli bilinən Ucar rayon sakini V.Fərzəliyev müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Yasamal rayonunun Ş.Mehdiyev küçəsindən moped oğurlamaqda şübhəli bilinən paytaxt sakini İ.Cabbarov saxlanılıb
Yasamal RPİ 27-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Ş.Mehdiyev küçəsindən 2000 manat dəyərində moped oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş İ.Cabbarov müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun bir şəxsdən 2 ədəd mobil telefonu soyğunçuluq yolu ilə alması da müəyyən olunub.
Gəncə şəhər sakini S.Məmmədovdan silah-sursat aşkar olunaraq götürülüb
Gəncə ŞBPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş S.Məmmədovdan 2 ədəd patron, Natəvan qəsəbəsi ərazisində gizlətdiyi 1 ədəd lüləsi və qundağı kəsilmiş “TOZ-63” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.
Quba rayonunun Alpan kənd bələdiyyəsinə məxsus sahədə yabanı halda bitmiş çətənə kolları aşkar olunaraq məhv edilib
Quba RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Alpan kənd bələdiyyəsinə məxsus sahədə yabanı halda bitmiş 4 ton 200 kiloqram çəkidə 4012 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.