Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Qax rayonunun Almalı kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar olunaraq məhv edilib
22.08.2023
Qax RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Almalı kəndi ərazisində yabanı halda bitmiş 1,5 ton 6230 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Qidaya yararsız xəstə at ətini mal əti adı altında satan daha bir nəfər saxlanılıb
Polis əməkdaşları Qida Təhlükəsizliyi Agentliyi ilə birgə vətəndaşların keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsində ciddi təhlükə yaradan halların qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirib. Tədbir zamanı Cəlilabad rayonunda qidaya yararsız ölü at ətinin mal əti adı altında satışını təşkil edən rayon sakini Ağalar Mənsimov saxlanılıb.Araşdırmalarla müəyyən edilib ki, həmin şəxs Cəlilabad və ətraf ərazilərdən xəstə, təsərrüfatda istifadə edilməyən, ölmüş atları ucuz qiymətə alaraq həyətyanı sahəsində emal edəndən sonra mal əti adı altında satışı ilə məşğul olub.Ağalar Mənsimovun Cəlilabad rayonunun Suluçeşmə kəndində yerləşən həyətyanı sahəsinə və saxlanc yerinə baxış keçirilərkən qidaya yararsız 1 tondan artıq at əti aşkar olunaraq maddi sübut kimi götürülüb. Təyin olunmuş müvafiq ekspertiza nəticəsində həmin ətin qidaya yararsız və insan sağlamlığı üçün ciddi təhlükə mənbəyi olduğu təsdiq edilib.Faktla bağlı araşdırmalar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 38 cinayətin açılması təmin olunub
21.08.2023
Avqustun 21-də ölkə ərazisində qeydə alınan 38, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisində “Toyota” markalı avtomobil “KamAZ” markalı avtomobilə çırpılıb
Avqustun 21-də saat 08 radələrində Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisində Ağdaş rayon sakini M.Veyisov idarə etdiyi “Toyota” markalı avtomobili Samux rayon sakini İ.Məmmədovun idarə etdiyi “KamAZ” markalı avtomobilə vurub.Nəticədə M.Veyisovun sərnişini olan Abşeron rayon sakini Z.İsmayılova hadisə yerində ölüb. Araşdırma aparılır.
Nizami rayonunun M.Əliyev küçəsində “Kia” markalı avtomobillə yolu keçən paytaxt sakini N.Arm vurulub
Avqustun 21-də saat 22 radələrində Nizami rayonu M.Əliyev küçəsində Bakı şəhər sakini M.Qədirov idarə etdiyi “Kia” markalı avtomobillə yolu keçən paytaxt sakini N.Armı vurub. Nəticədə piyada hadisə yerində ölüb. Araşdırma aparılır.
Tərtər rayonunun Hüsənli kəndi ərazisində “Mercedes” markalı avtomobillə yolu keçən piyada vurulub
Yardımlı rayonunun Abidinli kəndi ərazisində “UAZ” markalı avtomobil dərəyə aşıb
Avqustun 21-də saat 17 radələrində Yardımlı rayonunun Abidinli kəndi ərazisində kənd sakini İ.Zeynalov idarə etdiyi “UAZ” markalı avtomobili dərəyə aşırıb.Nəticədə xəstəxanaya yerləşdirilən sürücü orada ölüb. Araşdırma aparılır.
Səbail rayonu ərazisində bir avtomobildən bank kartları oğurlamaqda şübhəli bilinən paytaxt sakini R.Qulamov saxlanılıb
Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 20-də rayon ərazisində bir avtomobildən bank kartları oğurlamaqda şübhəli bilinən paytaxt sakini R.Qulamov müəyyən olunaraq saxlanılıb.Şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb.
Qanunsuz odlu silah-sursat saxladığına görə tutulmuş Ş.Sadıxovun Abşeron rayonu ərazisində yerləşən həyətyanı sahələrin birindən oğurluq etməsi də müəyyən olunub
Avqustun 4-də Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz odlu silah-sursat saxladığına görə tutulmuş Ş.Sadıxovun cari il mayın 23-də rayon ərazisində yerləşən həyətyanı sahələrin birindən 4000 manat dəyərində məişət əşyaları oğurlaması da müəyyən olunub.
Tovuz rayonu ərazisindəki mağazaların birindən pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Məmmədov saxlanılıb
Tovuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 80 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Məmmədov saxlanılıb.Araşdırmalarla onun daha bir mağaza və iki evdən 1700 manat dəyərində ərzaq məhsulları və tütün məmulatı, 2800 manat dəyərində təmir-tikinti alətləri və məişət əşyaları oğurlaması da müəyyən olunub.