Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində yerləşən evlərdən birinin həyətində “Changan” markalı avtomobili qəsdən yandırmaqda şübhəli bilinən Ağdam rayon sakini P.Davudov saxlanılıb
17.08.2023
Avqustun 2-də gecə saatlarında Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində yerləşən evlərdən birinin həyətində “Changan” markalı avtomobilin yandırılması barədə polisə məlumat daxil olub. Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Peyman Davudov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Səbail rayonu ərazisində “Ford” markalı avtomobillə piyada vurulub
Avqustun 17-də saat 17 radələrində Səbail rayonu ərazisində paytaxt sakini T.Ənvərnia idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən Ş.Quliyevi vurub. Nəticədə piyada hadisə yerində ölüb. Araşdırma aparılır.
Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Mərdəkan qəsəbə sakini B.Əsgərov saxlanılıb
Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Mərdəkan qəsəbə sakini B.Əsgərov saxlanılıb. Onun narkotik vasitələri gizlətdiyi evə baxış zamanı oradan 1,5 kiloqramdan artıq marixuana, 4 qramdan artıq heroin, 2 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.
Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən paytaxt sakini Ə.Rüstəmov saxlanılıb
Xəzər RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən paytaxt sakini Ə.Rüstəmov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 kiloqramdan artıq heroin aşkar olunaraq götürülüb.
Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Ü.Abbasova saxlanılıb
Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Ü.Abbasova saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 kiloqramdan artıq heroin aşkar olunaraq götürülüb.
Tərtər rayonunun Xoruzlu kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları məhv edilib
Tərtər RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Xoruzlu kəndi ərazisində yabanı halda bitmiş 2 ton 150 kiloqram 3100 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 71 cinayətin açılması təmin olunub
16.08.2023
Avqustun 16-da ölkə ərazisində qeydə alınan 71, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Gəncə şəhəri ərazisindən “VAZ-21099” markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəhər sakini M.Hüseynov avtomobillə birgə saxlanılıb
Avqustun 16-da Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə şəhər ərazisindən “VAZ-21099” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.Polis əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəhər sakini M.Hüseynov avtomobillə birgə Gəncə şəhəri ərazisində saxlanılıb.Araşdırma aparılır.
Kürdəmir rayonunun Qaramahmudlu kəndi ərazisində “Mitsubishi” markalı avtomobil idarəetmədən çıxaraq su kanalına aşıb
Avqustun 16-da saat 14 radələrində Kürdəmir rayonunun Qaramahmudlu kəndi ərazisində Bakı şəhər sakini Y.Qarayev idarə etdiyi “Mitsubishi” markalı avtomobildə infarktdan öldüyündən nəqliyyat vasitəsi idarəetmədən çıxaraq su kanalına aşıb. Nəticədə avtomobildəki sərnişin, paytaxt sakini V.Xanalıyev də boğularaq ölüb. Araşdırma aparılır.
Pirallahı rayonunun S.Vurğun küçəsində “Mercedes” və “KİA” markalı avtomobillər toqquşub
Avqustun 16-da saat 22 radələrində Pirallahı rayonunun S.Vurğun küçəsində Bakı şəhər sakinləri Ə.Zeynalovun idarə etdiyi “Mercedes” markalı və Ş.Fərziyevin idarə etdiyi “KİA” markalı avtomobillər toqquşub.Nəticədə Ə.Zeynalov hadisə yerində ölüb. Araşdırma aparılır.