Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Samux rayonunun Kolayır kəndi ərazisindəki orta məktəbin gözətçisinə qarşı soyğunçuluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakini B.Şəmsi saxlanılıb
12.08.2023
Avqustun 12-də Samux rayonunun Kolayır kəndi ərazisindəki orta məktəbin gözətçisinə zor tətbiq edilərək mobil telefonunun alınması barədə polisə məlumat daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş B.Şəmsi müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Ağcabədi rayonunun Sərvanlar kəndi ərazisində “Mercedes” markalı avtomobil aşıb
Avqustun 12-də saat 11 radələrində Ağcabədi rayonunun Sərvanlar kəndi ərazisində Yuxarı Qiyamadınlı kənd sakini R.Mirzəyev idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb.Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib.Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.
Ağstafa rayonunun Dağkəsəmən kəndi ərazisində “VAZ-2106” markalı avtomobillə piyada vurulub
Avqustun 12-də saat 20 radələrində Ağstafa rayonunun Dağkəsəmən kəndi ərazisində kənd sakini R.Qədiməliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmkəndlisi R.Məlikovanı vurub. Nəticədə piyada xəstəxanaya yerləşdirilib və orada ölüb.Ağstafa RPŞ tərəfindən araşdırma aparılır.
İmişli rayonunun Oruclu kəndi ərazisində “Fiat” markalı avtomobillə motosiklet toqquşub
Avqustun 12-də saat 16 radələrində İmişli rayonunun Oruclu kəndi ərazisində kənd sakini N.Ələkbərovun idarə etdiyi “Fiat” markalı avtomobillə İmişli şəhər sakini Z.Mirzəyevin idarə etdiyi motosiklet toqquşub. Nəticədə motosikletin sürücüsü hadisə yerində ölüb.İmişli RPŞ tərəfindən araşdırma aparılır.
Yevlax rayon sakini Z.Əhmədovdan marixuana aşkar edilərək götürülüb
Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Z.Əhmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 425 qram marixuana aşkar edilərək götürülüb.
Şirvan şəhəri ərazisindəki evlərdən birinin həyətindəki yardımçı təsərrüfatdan məişət əşyaları oğurlanmaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 12-də şəhər ərazisindəki evlərdən birinin həyətindəki yardımçı təsərrüfatdan 1500 manat dəyərində məişət əşyaları oğurlanmaqda şübhəli bilinən şəhər sakinləri Y.Şahbazov və E.Səlimov müəyyən olunaraq saxlanılıblar.
Bərdə rayonunun Məşədiibişli kəndinin ərazisində yabanı halda bitmiş 2450 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib
Bərdə RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Məşədiibişli kəndinin ərazisində yabanı halda bitmiş 1 ton 520 kiloqram çəkidə 2450 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.
Saatlı rayonunun Azadkənd kənd sakini M.Abdullayevə məxsus həyətyanı sahədən çətənə kolları və marixuana götürülüb
Saatlı RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Azadkənd kənd sakini M.Abdullayevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu və 204 qramdan artıq marixuana aşkar edilərək götürülüb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 63 cinayətin açılması təmin olunub.
11.08.2023
Avqustun 11-də ölkə ərazisində qeydə alınan 63, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobil dərəyə aşıb
Avqustun 10-da saat 22 radələrində Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsi ərazisində qəsəbə sakini A.Hacıyev idarə etdiyi “Mercedes” markalı avtomobili dərəyə aşırıb.Nəticədə sürücü və 2 sərnişini xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. A.Hacıyev avqustun 11-də orada ölüb.Abşeron RPİ tərəfindən araşdırma aparılır.