Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Şərur rayonunun Xələc və Çərçiboğan kəndlərinin ərazisində yabanı halda bitmiş çətənə kolları aşkarlanaraq götürülüb
21.08.2023
Şərur RPİ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Xələc və Çərçiboğan kəndlərinin ərazisində yabanı halda bitmiş 110 kiloqram çəkidə 3100 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.
Son 45 gün ərazində “qara” bazarda dəyəri 32 milyon manat olan 400 kiloqram narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 45 gündə İrandan qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələr göndərən mütəşəkkil dəstənin Azərbaycandakı üzvlərinə, eləcə də daxildə narkotiklərin satışını təşkil edən şəxslərə qarşı Bakı və Respublikanın digər bölgələrində silsilə əməliyyatlar həyata keçirilib. Bu sahədə Baş İdarə əməkdaşlarının həyata keçirdikləri sonuncu əməliyyatlar zamanı mütəşəkkil dəstənin üzvləri - Azər Bədəlov, Əmrah Əlizadə, Nurlan Bayramov, Elmin Məmmədov, tanışı Qüdrət Həsənov və Samirə Novruzəliyeva saxlanılıblar. Onlardan 20 kiloqram heroin, 29 kiloqram marixuana, 10 kiloqram tiryək və 8 kiloqram metamfetamin olmaqla ümumilikdə 67 kq narkotik vasitə və psixotrop maddə aşkar edilib. Bu şəxslər İrandan qanunsuz yollarla göndərilən narkotiklərin əsas tədarükçülərindən olublar.Qeyd edilən dövrdə Baş İdarə tərəfindən keçirilən əməliyyatlar zamanı ölkə ərazisində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən ümumilikdə 66 nəfər saxlanılıb. Qanunsuz dövriyyədən ”qara” bazarda dəyəri 32 milyon manat olan 400 kiloqram narkotik vasitə - heroin, tiryək, həşiş, tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, metamfetamin, eləcə də 7300 ədəd metadon həbi çıxarılıb.Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Milli genefondumuza olduqca mənfi təsir göstərən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı Daxili İşlər Nazirliyi tərəfindən mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.
Maştağa qəsəbəsində evinin zirzəmisində çətənə kolları yetişdirən şəxs tutulub
Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində Maştağada yaşadığı evin zirzəmisində narkotik tərkibli çətənə bitkilərinin kultivasiyası ilə məşğul olan qəsəbə sakini Zaur Quliyev saxlanılıb. Evə baxış zamanı Zaur Quliyevin kultivasiya etdiyi çəkisi 11 kiloqram olan 96 ədəd çətənə kolu aşkar olunub.Araşdırma zamanı saxlanılan şəxsin çətənə bitkilərini yetişdirmək üçün zirzəmidə xüsusi havalandırma, işıqlandırma sistemi yaratdığı və oranı ultrabənövşəyi şüalarla təmin etdiyi məlum olub. Ətrafda şübhə oyatmamaq üçünsə o, həmin zirzəmiyə girişi evin çöl hissəsindən yox, mənzildəki otaqların birindən açıb.Faktla bağlı 14-cü Polis Şöbəsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib. Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
“Tik-Tok”-da özünü usta kimi təqdim edərək insanları aldadan şəxs saxlanılıb
Sumqayıt şəhərində avtobusda sərnişinlərdən birinin əl çantası oğurlanıb. Zərərəçəkən Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə müraciət edərək içərisində 900 manat, bank kartları, qızıl-zinət əşyaları və digər qiymətli əşyalar olan çantanın oğurlandığı barədə məlumat verib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Sevinc Sadıqova saxlanılıb. O, ifadəsində etdiyi oğurluq hadisəsini etiraf edib.Araşdırmalar zamanı S.Sadıqovanın Tik-Tok sosial şəbəkəsində özünü ev təmiri ilə məşğul olan usta kimi təqdim edərək ona müraciət edən şəxslərin etibarından sui-istifadə edərək onların pul vəsaitlərini ələ keçirdiyi də məlum olub. S.Sadıqova barəsində 4-cü Polis Bölməsində araşdırmalar davam etdirilir. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa “102" Xidməti-Zəng Mərkəzinə və ya DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 50 cinayətin açılması təmin olunub
20.08.2023
Avqustun 20-də ölkə ərazisində qeydə alınan 50, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisindən “Renault” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Biləsuvar rayon sakini M.Əzizov avtomobillə birgə saxlanılıb
Avqustun 19-da saat 13 radələrində Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisindən “Renault” markalı avtomobilin qaçırılması barədə polis orqanına məlumat daxil olub.Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Biləsuvar rayon sakini M.Əzizov Sabunçu qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılıb.Araşdırma aparılır.
Gəncə şəhəri Totanlı küçəsində “VAZ-2107” markalı avtomobil aşıb
Avqustun 21-də saat 03 radələrində Gəncə şəhəri Totanlı küçəsində Göygöl rayon sakini R.Cəfərov idarə etdiyi “VAZ-2107” markalı avtomobili aşırıb və daha sonra avtomobildən düşərək hadisə yerini tərk edib.Nəticədə R.Cəfərovun sərnişini olan T.Bayramov xəstəxanaya yerləşdirildikdən sonra orada ölüb. Araşdırma aparılır.
Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində “Opel” və “VAZ-2107” markalı iki avtomobil toqquşub
Avqustun 20-də saat 07 radələrində Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində Xudat şəhər sakini H.Xurucinin idarə etdiyi “Opel” markalı və Xaçmaz şəhər sakini S.Hüseynzadənin idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.Nəticədə xəstəxanaya yerləşdirilən S.Hüseynzadə orada ölüb. Araşdırma aparılır.
Siyəzən rayonu ərazisində “Mitsubishi” markalı avtomobil beton maneəyə çırpılıb
Avqustun 20-də saat 20 radələrində Siyəzən rayonu ərazisində Bakı şəhər sakini Q.Xasayev idarə etdiyi “Mitsubishi” markalı avtomobili beton maneəyə vurub. Nəticədə Q.Xasayevin sərnişini olan arvadı Ş.Xasayeva hadisə yerində ölüb. Araşdırma aparılır.
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən R.Hətəmzadə saxlanılıb
Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş R.Hətəmzadə saxlanılıb. Şəxsi axtarış zamanı ondan 11 qramdan artıq, yaşadığı evə baxış zamanı isə 605 qram marixuana aşkarlanaraq götürülüb.