Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Hacıqabul rayonunun Qızılburun kəndi ərazisində moped qarşıda gedən “KamAZ” markalı avtomobilə çırpılıb
16.08.2023
Avqustun 16-da saat 23 radələrində Hacıqabul rayonunun Qızılburun kəndi ərazisində Hacıqabul şəhər sakini F.Məmmədzadə idarə etdiyi mopedi qarşıda gedən Samux rayon sakini A.Rüstəmlinin idarə etdiyi “KamAZ” markalı avtomobilə vurub. Nəticədə F.Məmmədzadə hadisə yerində ölüb.Araşdırma aparılır.
Gədəbəy rayonunun Qızıltorpaq kəndi ərazisində müəyyən edilməmiş avtomobillə piyada vurulub
Avqustun 16-da saat 21 radələrində Gədəbəy rayonunun Qızıltorpaq kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Qaraməmmədli kənd sakini Ə.Allahverdiyev vurulub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.Araşdırma aparılır.
Nərimanov rayonu ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini F.Miriyeva saxlanılıb
Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 6500 manat, 15000 ABŞ dolları pul və 3700 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini F.Miriyeva müəyyən olunaraq saxlanılıb.
Qanunsuz odlu silah saxlamaqda və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən paytaxt sakini R.Hüseynov saxlanılıb
Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz odlu silah saxlamaqda və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş R.Hüseynov saxlanılıb. Şəxsi axtarış zamanı ondan “Revolver” tipli tapança, 2 ədəd patron, 1 kiloqramdan artıq heroin və 390 ədəd metadon həbi aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Gəncə şəhəri ərazisindəki kafelərin birindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini A.Həsənov saxlanılıb
Gəncə ŞBPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki kafelərin birindən 2600 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş A.Həsənov müəyyən olunaraq saxlanılıb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 48 cinayətin açılması təmin olunub
15.08.2023
Avqustun 15-də ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir
Avqustun 12-də Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Sumqayıt şəhəri ərazisində və Xəzər dənizinin sahil zolağında keçirdikləri tədbirlər zamanı Xəzər dənizinə tullantı sularının axıdılması faktı aşkar olunub. Fakta görə, Sumqayıt şəhəri, Novxanı yolu, Sahil küçəsində yerləşən restoranlardan birinin direktoru barəsində İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci (su obyektlərinin mühafizəsi qaydalarının pozulması) maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq olunub.Bu istiqamətdə tədbirlər davam etdirilir.
Yasamal rayonu M.Müşfiq küçəsində idarə etdiyi avtomobillə yolu keçən piyadanı vurmaqda şübhəli bilinən “Toyota” markalı avtomobilin sürücüsü C.Əliyev saxlanılıb
Avqustun 15-də saat 23 radələrində Yasamal rayonu M.Müşfiq küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini A.Sadıqov vurulub.Nəticədə piyada hadisə yerində ölüb. Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən “Toyota” markalı avtomobilin sürücüsü paytaxt sakini C.Əliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Nərimanov rayonu Z.Bünyadov prospektində “Toyota” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişi vurulub
Avqustun 15-də saat 23 radələrində Nərimanov rayonu Z.Bünyadov prospektində Bakı şəhər sakini E.Cabbarlı idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub. Nəticədə piyada hadisə yerində ölüb. Araşdırma aparılır.
Biləsuvar rayonunun Çaylı kəndi ərazisində “Ford” markalı avtomobillə piyada vurulub
Avqustun 15-də saat 20 radələrində Biləsuvar rayonunun Çaylı kəndi ərazisində kənd sakini Z.Fətullayev idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən həmkəndlisi S.Soltanovanı vurub. Nəticədə piyada hadisə yerində ölüb. Araşdırma aparılır.