Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Abşeron rayonu ərazisindəki 4 evdən oğurluq etdiyinə görə tutulmuş E.Nəsirlinin daha 7 evdən oğurluq törətməsi də müəyyən olunub
24.08.2023
Avqustun 23-də Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 4 evdən oğurluq etdiyinə görə tutulmuş E.Nəsirlinin müxtəlif vaxtlarda paytaxt sakini S.Bayramov ilə birgə daha 7 evdən ümumilikdə 5800 manat dəyərində elektrik naqili, təmir alətləri, elektrik aksesuarları və avadanlıqları oğurlaması da müəyyən olunub.Polis əməkdaşları tərəfindən davam etdirilən tədbirlərlə S.Bayramov saxlanılaraq istintaqa təhvil verilib.Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 58 cinayətin açılması təmin olunub
23.08.2023
Avqustun 23-də ölkə ərazisində qeydə alınan 58, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Bərdə rayonunun Yeni Əyricə kəndi ərazisində “VAZ-2106” və “QAZel” markalı iki avtomobil toqquşub
Avqustun 23-də saat 21 radələrində Bərdə rayonunun Yeni Əyricə kəndi ərazisində kənd sakini AAbdullayevin idarə etdiyi “VAZ-2106” markalı və Nəcəfqulubəyli kənd sakini Q.Məhərrəmovun idarə etdiyi “QAZel” markalı avtomobillər toqquşub. Nəticədə A.Abdullayevin sərnişini həmkəndlisi Q.Alxasov hadisə yerində ölüb. Araşdırma aparılır.
Xəzər rayonu ərazisindən 1 moped, evlərin birindən isə avtoyuma aparatı və su qızdırıcısı oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 9-da rayon ərazisindən 1 moped, evlərin birindən isə 650 manat dəyərində avtoyuma aparatı və su qızdırıcısı oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri R.Həsənov və S.Şükürov müəyyən olunaraq saxlanılıblar.
Binəqədi rayonu ərazisindəki marketlərin birindən oğurluq etməkdə şübhəli bilinən Kürdəmir rayon sakini V.Əmirov saxlanılıb
Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə avqustun 14-də rayon ərazisindəki marketlərin birindən 2000 manat dəyərində alışqan, tütün məmulatı və kassa aparatı oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş V.Əmirov müəyyən olunaraq saxlanılıb.
Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Abşeron rayon sakini R.Mehdiyev saxlanılıb
Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Abşeron rayon sakini R.Mehdiyev saxlanılıb və ondan 3 kiloqram 100 qram marixuana, 5 qramdan artıq metamfetamin, 305 qram tiryək və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.
Abşeron rayonu ərazisindəki 4 evdən oğurluq etməkdə şübhəli bilinən İmişli rayon sakini E.Nəsirli saxlanılıb
Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisindəki 4 evdən elektrik avadanlığı, naqil, qaz balonu, təmir-tikinti alətləri, samovar və işıqlandırma avadanlığı oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş E.Nəsirli müəyyən olunaraq saxlanılıb.
Gəncə şəhərindəki mağazaların birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini F.Fərzəliyeva saxlanılıb
Gəncə ŞBPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə avqustun 16-da mağazaların birindən 3150 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini F.Fərzəliyeva müəyyən olunaraq saxlanılıb.
Füzuli rayonu ərazisində yerləşən şirkətlərdən birinə məxsus 20 ədəd yük avtomobilindən oğurluq etməkdə şübhəli bilinən V.Bədəlov saxlanılıb
Füzuli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 22-də Kərimbəyli kəndi ərazisində yerləşən şirkətlərdən birinə məxsus 20 ədəd yük avtomobilindən 72 ədəd təkər diski, şinləri və 33 ədəd akkumulyator oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini V.Bədəlov müəyyən olunaraq saxlanılıb.
İsmayıllı rayonunun Cülyan kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar olunaraq məhv edilib
İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Cülyan kəndi ərazisində yabanı halda bitmiş 1 ton 593 kiloqram çəkidə 1753 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.