Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Qobustan şəhəri ərazisində “VAZ-2107” və “Mercedes” markalı avtomobillər toqquşub
15.08.2023
Avqustun 15-də saat 13 radələrində Qobustan şəhəri ərazisində Y.Məcnunovun idarə etdiyi şəxsi “VAZ-2107” markalı və Şamaxı rayon sakini Z.Nəcəfovun idarə etdiyi “Mercedes” markalı (yük) avtomobillər toqquşub. Nəticədə Y.Məcnunovun sərnişini olan atası E.Məcnunov hadisə yerində ölüb. Araşdırma aparılır.
Suraxanı rayonunun Bülbülə qəsəbəsindəki evlərdən birinin həyətindən samovar və qazan oğurlamaqda şübhəli bilinən İ.Sultanov saxlanılıb
Suraxanı RPİ 31-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 9-da Bülbülə qəsəbəsindəki evlərdən birinin həyətindən 15000 manat dəyərində samovar və qazan oğurlamaqda şübhəli bilinən payatxt sakini İ.Sultanov müəyyən olunaraq saxlanılıb.
Gəncə şəhəri ərazisində bir avtomobildən oğurluq etməkdə şübhəli bilinən bir qrup şəxs saxlanılıb
Gəncə ŞBPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində bir avtomobildən 81 manat pul, 1400 manat dəyərində qızıl üzük, qoltuqaltı, maqnitofon və sənəd oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri M.Hüseynov, K.Nəzərov və Goranboy rayon sakini R.Əliyev müəyyən olunaraq saxlanılıblar.
Zərdab rayonunun Məlikumudlu kəndi ərazisində avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Ucar rayon sakinləri F.Fərzəliyev və E.Məmmədli saxlanılıb
Zərdab RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə avqustun 15-də saat Zərdab rayonunun Məlikumudlu kəndi ərazisində avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Ucar rayon sakinləri F.Fərzəliyev və E.Məmmədli saxlanılıb. Araşdırmalarla onların ayrı-ayrı vətəndaşlara məxsus daha iki avtomobildən akkumulyator və yaddaş kartı, habelə Ucar rayonu Lək kəndi ərazisindən 3 baş qoyun oğurlamaları da müəyyən olunub.
Salyan rayonunun Arbatan kənd sakini Ə.Rüstəmovdan marixuana aşkar edilərək götürülüb
Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Arbatan kənd sakini, əvvəllər məhkum olunmuş Ə.Rüstəmov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 8 qramdan artıq, evindən isə 445 qram marixuana aşkar edilərək götürülüb.
Yasamal rayonunda son günlərdə keçirilən əməliyyatlarla narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 25 nəfər saxlanılıb
Yasamal Rayon Polis İdarəsinin, həmçinin ərazi şöbə və bölmələrinin əməkdaşları tərəfindən son günlərdə rayon ərazisində keçirilən əməliyyatlar nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 25 nəfər saxlanılıb. Həmin şəxslərdən külli miqdarda heroin, marixuana və metamfetamin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Aşkar edilən faktlarla bağlı araşdırmalar aparılır. Polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı mübarizə tədbirləri davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 70 cinayətin açılması təmin olunub
14.08.2023
Avqustun 14-də ölkə ərazisində qeydə alınan 70, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində soyğunçuluq əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
Sabunçu rayonunun Bakıxanov qəsəbəsinin Sülh küçəsində yol-nəqliyyat hadisəsi baş vermişdir
Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir