Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Binəqədidə İran vətəndaşlarının narkokuryerliyə cəlb etdiyi şəxslər saxlanılıb - onlardan 26 kiloqram heronin və metamfetamin aşkar edilib
23.08.2023
Binəqədi rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan dəstə üzvləri saxlanılıblar. Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Fəxri Həsənzadə, Tələt Muradov və qardaşı Nicat saxlanılıblar. Bu şəxslər ifadələrində narkotikləri “Kənan” adlı şəxsdən aldıqlarını bildiriblər. Əməliyyat tədbirinin davamı olaraq həmin şəxs - paytaxt sakini Kənan Səfərov da qısa zamanda saxlanılıb. Onun üzərindən, həmçinin yaşadığı ünvandan 20 kiloqram yüksək təsiredici xassəyə malik heroin, 2 kiloqram psixotrop maddə metamfetamin, 127 ədəd psixotrop tərkibli həb və elektron tərəzi aşkar edilib. Kənan Səfərov narkotik vasitələri “İnstagram” sosial şəbəkəsində tanış olduğu İran vətəndaşından paytaxt ərazisində müxtəlif ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini bildirib. Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən digər əməliyyat zamanı isə narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş Rafiq Məmmədov da saxlanılıb. Bu şəxsin üzərindən satış məqsədi ilə əldə etdiyi 4 kiloqramdan artıq heroin aşkar olunub. Rafiq Məmmədov narkotiki “TikTok” sosial şəbəkəsindən “Sərhəd” adı ilə tanıdığı İran vətəndaşından satmaq niyyəti ilə əldə etdiyini bildirib.Saxlanılan şəxslərin hər biri barəsində Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 69 cinayətin açılması təmin olunub
22.08.2023
Avqustun 22-də ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Abşeron rayonunun Xırdalan şəhəri ərazisində bir nəfərə qarşı soyğunçuluq törətməkdə şübhəli bilinən şəhər sakini E.Quliyev saxlanılıb
Avqustun 22-də saat 15 radələrində Abşeron rayonunun Xırdalan şəhəri ərazisində naməlum şəxsin şəhər sakininə zor tətbiq edərək mobil telefonunu alması barədə polis orqanına məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakini E.Quliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Masallı rayonunun Viləş kəndi ərazisində motosiklet yolun kənarındakı dirəyə çırpılıb
Siyəzən rayonunun Zarat kəndi ərazisində “Mitsubishi” markalı avtomobil yolun kənarına aşıb
Avqustun 22-də saat 16 radələrində Siyəzən rayonunun Zarat kəndi ərazisində M.Yıldırım idarə etdiyi “Mitsubishi” markalı avtomobili yolun kənarına aşırıb.Nəticədə sürücü hadisə yerində ölüb. Araşdırma aparılır.
Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən paytaxt sakini V.Həsənov saxlanılıb
Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən paytaxt sakini V.Həsənov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 2 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Yasamal rayonu ərazisindəki binaların birindən 4 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən Z.Əyyubov saxlanılıb
Yasamal RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki binaların birindən 4 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən Naxçıvan şəhər sakini Z.Əyyubov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bərdə rayon sakini V.Səfərov saxlanılıb
Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Uğurbəyli kənd sakini, əvvəllər məhkum olunmuş V.Səfərov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 435 qram marixuana aşkar olunaraq götürülüb.
Göyçay rayonu ərazisindəki evlərin birindən oğurluq törətməkdə şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıblar
Göyçay RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 80 manat dəyərində geyim, 100 manat dəyərində qızıl-zinət və 1400 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri L.Məmmədova və əvvəllər məhkum olunmuş İ.Novruzov müəyyən olunaraq saxlanılıblar.Araşdırma aparılır.
Zaqatala rayonunun Qandax kəndi ərazisində 2 hektar torpaq sahəsində yabanı halda bitmiş çətənə kolları məhv edilib
Zaqatala RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Qandax kəndi ərazisində 2 hektar torpaq sahəsində yabanı halda bitmiş 3,5 ton 5824 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.