Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Nərimanov rayonu ərazisində mağazaların birindən pul oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini saxlanılıb
14.08.2023
Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mağazaların birindən 1010 manat pul oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş H.Məmmədov saxlanılıb. Araşdırmalarla onun digər bir mağazadan 100 manat pul və 2000 manat dəyərində qol saatı oğurlaması da müəyyən olunub.
Gün ərzində ölkə ərazisində qeydə alınan 46 cinayətin açılması təmin olunub
13.08.2023
Avqustun 13 -də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Füzuli rayonunun Kürdmahmudlu kəndi ərazisində “Mercedes” və “VAZ-2106” markalı avtomobillər toqquşub
Avqustun 13-də saat 19 radələrində Füzuli rayonunun Kürdmahmudlu kəndi ərazisində Ağstafa rayon sakini E.Həsənovun idarə etdiyi “Mercedes” markalı və Salyan rayon sakini R.Nəzərovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə R.Nəzərov və sərnişini Bakı şəhər sakini Y.Əhmədov hadisə yerində ölüblər, digər 5 sərnişin xəstəxanaya yerləşdirilib. Füzuli RPŞ tərəfindən araşdırma aparılır.
İsmayıllı rayonu ərazisində “Mercedes” markalı avtomobillə yolu keçən S.Məmmədov vurulub
Avqustun 13-də saat 19 radələrində İsmayıllı rayonu ərazisində rayon sakini A.Şalbuzov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən S.Məmmədovu vurub. Nəticədə piyada xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb.İsmayıllı RPŞ tərəfindən araşdırma aparılır.
Kürdəmir rayonunun Qarabucaq kəndi ərazisində “Mercedes” markalı iki avtomobil toqquşub
Avqustun 13-də saat 17 radələrində Kürdəmir rayonunun Qarabucaq kəndi ərazisində Bakı şəhər sakini M.Əhmədovun və Tovuz rayon sakini A.Əsgərovun idarə etdikləri “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə M.Əhmədovun sərnişini Bakı şəhər sakini A.Babayeva hadisə yerində ölüb, digər sərnişini isə xəstəxanaya yerləşdirilib.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Salyan yolunda yerləşən çimərlikdə bir avtomobildən 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini M.Musayev saxlanılıb
Avqustun 12-də Salyan yolunda yerləşən çimərlikdə “Lada” markalı avtomobildən 3700 manat dəyərində 2 ədəd mobil telefonun oğurlanması barədə polisə məlumat daxil olub.Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş M.Musayev müəyyən olunaraq saxlanılıb.
Ağcabədi rayonu ərazisində məzar ətrafına çəkilmiş dəmir barmaqlıqların 700 manat dəyərində alüminium bəzəklərini oğurlamaqda şübhəli bilinən E.Xanlarov saxlanılıb
Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məzar ətrafına çəkilmiş dəmir barmaqlıqların 700 manat dəyərində alüminium bəzəklərini oğurlamaqda şübhəli bilinən Ağcabədi şəhər sakini E.Xanlarov müəyyən olunaraq saxlanılıb.
Şamaxı rayonu ərazisində mağazadan, aptekdən və avtomobildən oğurluq etməkdə şübhəli bilinən 3 yeniyetmə saxlanılıb
Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mağazadan 200 manat pul və 100 manat dəyərində tütün məmulatı, aptekdən 20 manat pul və 250 manat dəyərində monitor və avtomobildən maqnitofon oğurlamaqda şübhəli bilinən 3 yeniyetmə müəyyən olunaraq saxlanılıblar.
Yevlax rayon sakini E.Qasımovdan 2 kiloqramdan artıq marixuana götürülüb
Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş E.Qasımov saxlanılıb və ondan 2 kiloqram 435 qram marixuana aşkar edilərək götürülüb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 55 cinayətin açılması təmin olunub
12.08.2023
Avqustun 12-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.