Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Tərtər rayonunun Seydimli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir
14.08.2023
Avqustun 14-də saat 13 radələrində Tərtər rayonunun Seydimli kəndi ərazisində Çardaxlı kənd sakini C.Həsənov idarə etdiyi “Tofaş” markalı avtomobili aşırıb.Nəticədə C.Həsənovun sərnişini Bərdə rayon sakini S.Muradov hadisə yerində ölüb.Araşdırma aparılır.
İmişli rayonunun Məhəmmədli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir
Avqustun 14-də saat 23 radələrində İmişli rayonunun Məhəmmədli kəndi ərazisində Rəsullu kənd sakini B.Əliyev idarə etdiyi markalı avtomobillə yolu keçən həmkəndlisi N.Məmmədovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.Araşdırma aparılır.
Nərimanov Rayon ərazisində bir vətəndaşı aldadaraq noutbukunu mənimsəməkdə şübhəli bilinən şəxs saxlanılıb
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il iyulun 6-da bir vətəndaşı aldadaraq 1400 manat dəyərində noutbukunu mənimsəməkdə şübhəli bilinən N.Abdullayev saxlanılıb.
Sumqayıt Şəhər ərazisindəki yarımtikililərin birindən naqil oğurlamaqda şübhəli bilinən şəhər sakini saxlanılıb
Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki yarımtikililərin birindən 2030 metr naqil oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş M.Məmmədov saxlanılıb
Abşeron Rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb
Abşeron Rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən paytaxt sakini saxlanılıb və ondan narkotik maddələr aşkar olunaraq götürülüb
Daşkəsən Rayon ərazisində ayrı-ayrı vətəndaşlara məxsus 2 baş inəyi oğurlamaqda şübhəli bilinən Samux rayon sakinləri saxlanılıblar
Daşkəsən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ayrı-ayrı vətəndaşlara məxsus 2 baş inəyi oğurlamaqda şübhəli bilinən Samux rayon sakinləri H.Əliyev, N.Ələkbərov və Y.Eyvazov müəyyən olunaraq saxlanılıblar
Şəmkir rayonu ərazisində yerləşən marketlərin birindən pul oğurlamaqda şübhəli bilinən rayon sakini saxlanılıb
Laçın rayonu Şeylanlı kəndi ərazisində yabanı halda bitmiş çətənə kolu aşkarlanaraq məhv edilib
Laçın RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Şeylanlı kəndi ərazisində yabanı halda bitmiş 2 ton 620 kiloqram çəkidə 8400 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.
Xocavən rayonu Şexer kəndi ərazisində torpaq sahəsində yabanı halda bitmiş çətənə kolu aşkarlanaraq məhv edilib