Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ekoloji qaydaların pozulması hallarının qarşısının alınması məqsədilə zəruri tədbirlər davam etdirilir

19.11.2023

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə ekoloji qaydaların pozulması hallarının qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirir. 
Noyabrın 17-də bu istiqamətdə keçirilən tədbirlər nəticəsində Suraxanı rayonunun Yeni Günəşli və Qaradağ rayonunun Lökbatan qəsəbələri ərazilərində ağac və kolların zədələnməsi faktları aşkar olunub.  
Ağac və kolları zədələdiklərinə görə Suraxanı rayonunda bir fiziki,  Qaradağ rayonunda isə bir vəzifəli şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. 
Bu istiqamətdə tədbirlər davam etdirilir.  

 

 

19.11.2023 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 43 cinayətin açılması təmin olunub 19.11.2023
  • Ekoloji qaydaların pozulması hallarının qarşısının alınması məqsədilə zəruri tədbirlər davam etdirilir 19.11.2023
  • Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir 19.11.2023
  • Qaradağ rayonunun Lökbatan qəsəbəsində evlərin birindən pul və qızıl-zinət əşyalarını oğurlamaqda şübəli bilinən Abşeron rayon sakini S.İsayev saxlanılıb 19.11.2023
  • Sumqayıt şəhər sakini olan bir nəfərin bank kartından pulunu oğurlamaqda şübhəli bilinən E.Musayev saxlanılıb 19.11.2023