Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Lerik rayonu ərazisindəki bir mağazadan oğurluq törədərək orada quraşdırılmış müşahidə kamerasının yaddaş qurğusunu sındırmaqda şübhəli bilinən T.Dadaşov saxlanılıb
25.08.2023
Baş Cinayət Axtarışı İdarəsi və Lerik RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lerik rayonu ərazisindəki bir mağazadan 300 manat pul, 1000 manat dəyərində tütün məmulatı, orada quraşdırılmış ödəmə terminalından 2800 manat pul oğurlamaqda və müşahidə kamerasının yaddaş qurğusunu sındırmaqda şübhəli bilinən Bakı şəhər sakini T.Dadaşov müəyyən olunaraq saxlanılıb.
Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini O.Ağayev saxlanılıb
Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini O.Ağayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 2 kiloqramdan artıq heroin aşkar olunaraq götürülüb.
Abşeron rayonunun Masazir qəsəbəsindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən R.Məmmədova saxlanılıb
Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Masazir qəsəbəsindəki evlərin birindən 18000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Beyləqan rayon sakini R.Məmmədova müəyyən olunaraq saxlanılıb.
Göyçay rayonu ərazisindəki həyətyanı sahələrin birindən avtomobil ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən Q.Kərimov saxlanılıb
Göyçay RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki həyətyanı sahələrin birindən 1000 manat dəyərində avtomobil ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən Göyçay şəhər sakini, əvvəllər məhkum Q.Kərimov müəyyən olunaraq saxlanılıb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 45 cinayətin açılması təmin olunub
24.08.2023
Avqustun 24-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində bir nəfər qəsəbə sakinini döyərək 40 manat pulunu almaqda şübhəli bilinən iki şəxs müəyyən olunaraq saxlanılıb
Gəncə şəhəri ərazisində şəhər sakini F.Kərimov idarə etdiyi avtomobillə yolu keçən həmyerliləri C.Ələsgərovu və qızı M.Ələsgərovanı vurub
Avqustun 23-də saat 17 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini F.Kərimov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən həmyerliləri C.Ələsgərovu və qızı M.Ələsgərovanı vurub. Nəticədə piyadalar aldıqları xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər və M.Ələsgərova orada ölüb.Araşdırma aparılır.
Hacıqabul rayonunun Muğan kəndi ərazisində “Mercedes” markalı avtomobillə yolu keçən iki piyada vurulub
Avqustun 25-də saat 01 radələrində Hacıqabul rayonunun Muğan kəndi ərazisində Zaqatala rayon sakini İ.İsayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Hacıqabul şəhər sakinləri M.İbadovu və K.Rzaquliyevi vurub. Nəticədə M.İbadov hadisə yerində, K.Rzaquliyev isə xəstəxanada ölüb.Araşdırma aparılır.
Cəlilabad rayonunun Günəşli kəndi ərazisində “BMW” markalı avtomobil aşıb
Avqustun 24-də saat 18 radələrində Cəlilabad rayonunun Günəşli kəndi ərazisində Bakı şəhər sakini R.Məcidov idarə etdiyi “BMW” markalı avtomobili aşırıb. Nəticədə avtomobildə sərnişin olan Cəlilabad rayon sakini Ə.Gözəlov hadisə yerində ölüb.Araşdırm aparılır.
Avqustun 19-da vətəndaşa məxsus transformatoru oğurlamaqda şübhəli bilinən Qubadlı rayon sakini Ə.Əliyev saxlanılıb
Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 19-da vətəndaşa məxsus transformatoru oğurlamaqda şübhəli bilinən Qubadlı rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Əliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.