Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ucar rayonunun Qazyan kəndi ərazisində “VAZ-2107” markalı iki avtomobil toqquşub
27.08.2023
Avqustun 27-da saat 10 radələrində Ucar rayonunun Qazyan kəndi ərazisində kənd sakinləri T.Əhədovun və A.Əhədovun idarə etdikləri “VAZ-2107” markalı avtomobillər toqquşub.Nəticədə xəstəxanaya yerləşdirilən T.Əhədov orada ölüb. Araşdırma aparılır.
Sabunçu rayonu ərazisindəki məktəblərin birindən 10 ədəd kompüter və 3 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən paytaxt sakini Ə.Şükürov saxlanılıb
Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki məktəblərin birindən 8066 manat dəyərində 10 ədəd kompüter və 3 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Ə.Şükürov müəyyən oluaraq saxlanılıb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 58 cinayətin açılması təmin olunub
26.08.2023
Avqustun 26-da ölkə ərazisində qeydə alınan 58, əvvəlki dövrlərdən bağlı qalan 28 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən paytaxt sakini H.Hacızadə saxlanılıb
Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən paytaxt sakini H.Hacızadə saxlanılıb. Şəxsi axtarış zamanı ondan 5 kiloqrama yaxın heroin və 6 qramdan artıq metamfetamin aşkar olunaraq götürülüb.
Abşeron rayonu ərazisində bir qadının bank kartından 3000 manat pul oğurlamaqda şübhəli bilinən paytaxt sakini R.Bədəlov saxlanılıb
Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bir qadının bank kartından 3000 manat pul oğurlamaqda şübhəli bilinən paytaxt sakini R.Bədəlov müəyyən olunaraq saxlanılıb.
Gədəbəy rayonunun Qalakənd kəndi ərazisində yabanı halda bitən çətənə kolları aşkarlanaraq məhv edilib
Gədəbəy RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Qalakənd kəndi ərazisində yabanı halda bitən 942 kiloqram çəkidə 1378 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 65 cinayətin açılması təmin olunub
25.08.2023
Avqustun 25-də ölkə ərazisində qeydə alınan 65, əvvəlki dövrlərdən bağlı qalan 28 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində “Volkswagen” markalı avtomobillə piyada vurulub
Avqustun 25-də saat 20 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Bakı şəhər sakini G.Məmmədov idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən Ağsu rayon sakini V.Hacıyevanı vurub. Nəticədə piyada hadisə yerində ölüb. Araşdırma aparılır.
Binəqədi qəsəbəsi ərazisində iki avtomobil və bir avtobus toqquşub
Avqustun 25-də saat 21 radələrində Binəqədi qəsəbəsi ərazisində paytaxt sakini G.İbrahimovanın idarə etdiyi “Volkswagen” markalı, Abşeron rayon sakinləri E.Vəliyevin idarə etdiyi “Hyundai” avtomobillər və B.Verdiyevin idarə etdiyi “Daewoo” markalı” avtobus toqquşub. Nəticədə E.Vəliyev hadisə yerində ölüb. Araşdırma aparılır.
Oğuz rayonunun Sincan kəndi ərazisində “VAZ-21070” və “Opel” markalı iki avtomobil toqquşub
Avqustun 25-də saat 16 radələrində Oğuz rayonunun Sincan kəndi ərazisində kənd sakini İ.Nəbiyevin idarə etdiyi “VAZ-21070” markalı və Şəki rayon sakini R.Osmanovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub.Nəticədə İ.Nəbiyevin sərnişini həmkəndlisi T.Hüseynov hadisə yerində ölüb, sürücü və digər sərnişin xəstəxanaya yerləşdiriliblər. Araşdırma aparılır.