Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Səbail rayonu ərazisində Gəncə şəhər sakininə zor tətbiq edilərək içərisində 300 manat olan pulqabısının və mobil telefonunu almaqda şübhəli bilinən paytaxt sakini A.Sultanov saxlanılıb
31.08.2023
Avqustun 31-də gecə saatlarında Səbail rayonu ərazisində Gəncə şəhər sakininə zor tətbiq edilərək içərisində 300 manat olan pulqabısının və mobil telefonunun alınması barədə polisə məlumat daxil olub. Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini A.Sultanov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Abşeron rayonu ərazisindəki 4 evdən ümumilikdə 6 ədəd mobil telefon və 1 velosiped oğurlamaqda şübhəli bilinən Mehdiabad qəsəbə sakini E.Salamov saxlanılıb
Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisindəki 4 evdən ümumilikdə 6 ədəd mobil telefon və 1 velosiped oğurlamaqda şübhəli bilinən Mehdiabad qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Salamov müəyyən olunaraq saxlanılıb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 51 cinayətin açılması təmin olunub
30.08.2023
Avqustun 30-da ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Bir avtomobildən 2000 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən paytaxt sakini E.Abdullayev saxlanılıb
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bir avtomobildən 2000 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş E.Abdullayev müəyyən olunaraq saxlanılıb.
Paytaxt sakininə məxsus cüzdanı oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini Y.Məmmədov saxlanılıb
Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakininə məxsus içərisində 750 manat, sənəd, bank kartları və mobil telefon olan cüzdanı oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini Y.Məmmədov müəyyən olunaraq saxlanılıb.
Xətai rayonunun Mingəçevir küçəsində olan qarajın qarşısından 12000 manat dəyərində çən, avtomobil yağı qarışdıran qurğu və avtomobil ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən S.Bəylərov saxlanılıb
Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ayrı-ayrı vaxtlarda rayonun Mingəçevir küçəsində olan qarajın qarşısından 12000 manat dəyərində çən, avtomobil yağı qarışdıran qurğu və avtomobil ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini S.Bəylərov müəyyən olunaraq saxlanılıb.
Şabran rayonu ərazisindəki yarımtikilidən 26 ədəd dəmir boru və taxta materialları oğurlamaqda şübhəli bilinən Ağbaş kənd sakini E.Şamilov saxlanılıb
Şabran RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki yarımtikilidən 1300 manat dəyərində 26 ədəd dəmir boru və taxta materialları oğurlamaqda şübhəli bilinən Ağbaş kənd sakini E.Şamilov müəyyən olunaraq saxlanılıb.
Tərtər şəhərindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən R.Əhmədov saxlanılıb
Tərtər RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tərtər şəhərindəki evlərin birindən 1500 manat dəyərində qızıl-zinət əşyaları, bank kartları və cüzdan oğurlamaqda şübhəli bilinən R.Əhmədov müəyyən olunaraq saxlanılıb.
Ölkəyə narkotikləri motoparaplan (uçuş aparatı) vasitəsilə keçirən İran vətəndaşı saxlanılıb
Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən birgə keçirilən növbəti əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.Füzuli rayonu Qaradağlı kəndi ərazisində keçirilən tədbirlərlə İran İslam Respublikasının vətəndaşı 1980-cı il təvəllüdlü Fərhadi Hosein Qulaməhməd oğlu narkotik maddələrin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilindiyi üçün saxlanılıb. Ondan 35 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş qurudulmuş marixuana, metamfetamin və 360 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb.Hosein Fərhadi ondan aşkar olunmuş narkotik vasitələri həmyerlisi “Nadir” adı şəxslə qabaqcadan əlbir olub razılaşmaqla sərhəd bölgəsində yerləşən Füzuli rayonuna çatdırdığını bildirib.Qeyd edək ki, saxlanılan şəxs narkotikləri bu məqsəd üçün xüsusi hazırlanmış motoparaplan (uçuş aparatı) vasitəsilə keçirməyə cəhd göstərib. Faktla bağlı Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 234.4.1-ci (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 83 cinayətin açılması təmin olunub
29.08.2023
Avqustun 29-da ölkə ərazisində qeydə alınan 83, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.