Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ekoloji qaydaların pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir 

28.11.2023

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə ekoloji qaydaların pozulması hallarının qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirir. 
Noyabrın 27-də bu istiqamətdə keçirilən tədbirlər nəticəsində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində 3 ədəd sərv ağacının çətir hissəsinin tamlığının pozularaq budaqlarının kəsilməsi, Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində isə “KamAZ” markalı 3 yük avtomobili ilə qarışıq süxur daşınması faktları aşkar olunub. 
Ağacları zədələdiyinə görə Suraxanı rayonunda bir, Xəzər rayonunda isə icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə 3 fiziki şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.   
Bu istiqamətdə tədbirlər davam etdirilir.  

28.11.2023 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 53 cinayətin açılması təmin olunub 28.11.2023
  • Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirilir 28.11.2023
  • Ekoloji qaydaların pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir  28.11.2023
  • Binə qəsəbəsində bir evin həyətindən 10.000 manat dəyərində avadanlıq oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Quliyev saxlanılıb 28.11.2023
  • Noyabrın 25-də bir nəfərin cüzdanını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini T.Abbaszadə saxlanılıb 28.11.2023