Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Quldurluq yolu ilə talamaqda şübhəli bilinən Ə.Hacyev müəyyən olunaraq saxlanılıb
04.09.2023
Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bir şəxsi döyüb içərisində pul və şəxsiyyət vəsiqəsi olan cüzdanını quldurluq yolu ilə talamaqda şübhəli bilinən Ə.Hacyev müəyyən olunaraq saxlanılıb.
Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Sabirabad rayon sakini H.Əsədzadə saxlanılıb
03.09.2023
Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş H.Əsədzadə saxlanılıb. İdarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı oradan 158 qrama yaxın metamfetamin, 50 qramdan artıq heroin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.
Göygöl rayonunun Topalhəsənli kəndi ərazisində yabanı halda bitmiş 1 ton 75 kiloqram çəkidə çətənə kolları aşkarlanaraq məhv edilib
02.09.2023
Göygöl RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Topalhəsənli kəndi ərazisində yabanı halda bitmiş 1 ton 75 kiloqram çəkidə 2388 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.
Zaqatala rayonunun Mosul kəndi ərazisində yabanı halda bitmiş 3 ton 437 kiloqram çəkidə çətənə kolları aşkarlanaraq məhv edilib
Zaqatala RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Mosul kəndi ərazisində yabanı halda bitmiş 3 ton 437 kiloqram çəkidə 5112 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.
Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Neftçala rayon sakini C.Mustafayev saxlanılıb
Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Neftçala rayon sakini C.Mustafayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 kiloqram 400 qram heroin və 44 qramdan artıq metamfetamin aşkar olunaraq götürülüb.
Abşeron rayonu ərazisindəki evlərin birindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən V.Məmmədov saxlanılıb
Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 23-də rayon ərazisindəki evlərin birindən 1050 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Şərur rayon sakini V.Məmmədov müəyyən olunaraq saxlanılıb.
Vətəndaşa məxsus 1400 manat dəyərində lotereyaları oğurlamaqda şübhəli bilinən paytaxt sakini F.Tahirov saxlanılıb
Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşa məxsus 1400 manat dəyərində lotereyaları oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş F.Tahirov müəyyən olunaraq saxlanılıb.
Avtomobil qaçırmaqda şübhəli bilinən Gəncə şəhər sakinləri T.Məmmədov və V.Niyazlı saxlanılıblar
Sentyabrın 2-də gecə saatlarında Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisindən “QAZ-31029” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Gəncə şəhər sakinləri T.Məmmədov və əvvəllər məhkum olunmuş V.Niyazlı müəyyən olunaraq saxlanılıblar.Araşdırmalarla onların həmin gecə Yeni Qızılca kəndi ərazisində yerləşən mal-qara bazarından qoyun oğurlamaları da müəyyən olunub. Araşdırmalar davam etdirilir.
Tovuz rayonunun Əyyublu kəndi ərazisində yabanı halda bitmiş 2 ton 442 kiloqram çəkidə çətənə kolları aşkarlanaraq məhv edilib
01.09.2023
BNMİ-nin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Tovuz rayonunun Əyyublu kəndi ərazisində yabanı halda bitmiş 2 ton 442 kiloqram çəkidə 4635 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.
Bir nəfərə qarşı quldurluq etməkdə şübhəli bilinən bir qrup şəxs müəyyən olunaraq saxlanılıblar
Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 31-də 1 nəfərin cibindən 1310 manat pulunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş O.Hüseynov idarə etdiyi “Hyundai” markalı avtomobildə sərnişinləri, əvvəllər məhkum olunmuş R.Sayılov, R.Məmliyev, həmçinin Abşeron rayon sakinləri N.Şirəliyev, M.Məcidov və T.Məcidli ilə birgə müəyyən olunaraq saxlanılıblar.