Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Paytaxtın Səbail rayonu ərazisində “Honda” markalı avtomobillə piyada vurulub
28.08.2023
Avqustun 28-də saat 09 radələrində Səbail rayonu ərazisində paytaxt sakini Ə.Əsgərov idarə etdiyi “Honda” markalı avtomobillə yolu keçən Füzuli rayon sakini M.Rüstəmovu vurub.Nəticədə piyada hadisə yerində ölüb. Araşdırma aparılır.
Hacıqabul rayonunun Nəvahi qəsəbəsi ərazisində “VAZ-21074” markalı avtomobil qarşıda gedən “KamAZ” markalı avtomobilə çırpılıb
Avqustun 28-də saat 05 radələrində Hacıqabul rayonunun Nəvahi qəsəbəsi ərazisində Bakı şəhər sakini İ.Xələfov idarə etdiyi “VAZ-21074” markalı avtomobili qarşıda gedən Hacıqabul şəhər sakini R.Abuzərovun idarə etdiyi “KamAZ” markalı avtomobilə vurub.Nəticədə İ.Xələfovun sərnişini Muğan qəsəbə sakini E.Quliyev hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.
Gəncə şəhəri ərazisində qadın sərnişinə qarşı soyğunçuluq törətməkdə şübhəli bilinən taksi sürücüsü saxlanılıb
Avqustun 28-də saat 12 radələrində Gəncə şəhəri ərazisində taksi sürücüsünün sərnişini olan qadının 500 manat pulunu və mobil telefonunu açıq talama yolu ilə alması barədə polisə məlumat daxil olub. Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəhər sakini Y.Əhmədov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Xəzər rayonu ərazisindəki 2 ev, 1 anbar, 1 sex və 1 həyətyanı sahədən oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini Ə.Zaxarov saxlanılıb
Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisindəki 2 ev, 1 anbar, 1 sex və 1 həyətyanı sahədən ümumi dəyəri 10 min manat olan məişət əşyaları və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Ə.Zaxarov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Yasamal rayonu ərazisindəki evlərin birindən 10 ədəd qol saatı oğurlamaqda şübhəli bilinən paytaxt sakini A.Qasımov saxlanılıb
Yasamal RPİ 27-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayon ərazisindəki evlərin birindən 4000 manat dəyərində 10 ədəd qol saatı oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş A.Qasımov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Abşeron rayonu ərazisindəki binaların birindən oğurluq etməkdə şübhəli bilinən Xırdalan şəhər sakini İ.Sadıqov saxlanılıb
Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki binaların birindən 350 manat dəyərində plastik borular, 3 ədəd elektrik plafonu və taxta oturacaq oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Sadıqov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Abşeron rayonu ərazisindən 5 velosiped oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Hüseynov saxlanılıb
Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisindən 5 velosiped oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Hüseynov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena və yerin təkindən istifadə qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə avqustun 28-də paytaxtın Sabunçu və Suraxanı rayonları ərazisində keçirdikləri tədbirlər zamanı qanunsuz qarışıq süxur daşınması və məişət tullantılarının qalaqlanması faktları aşkar olunub. İnzibati Xətalar Məcəlləsinin 228-ci (lisenziya və ya icazə olmadan yerin təkindən istifadə etmə) və 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddələrinin tələblərini pozduqlarına görə 3 sürücü barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Sumqayıtda ilin əvvəlindən intizamsız sürücülərə qarşı yol polisinin keçirdiyi profilaktik tədbirlər zamanı 48284 protokol tərtib edilib
Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən "Təmiz hava" aylığı çərçivəsində şəhər ərazisində növbəti profilaktik tədbir keçirilib. Tədbir zamanı atmosferi normadan artıq çirkləndirən avtomobillərin ixrac etdiyi dəm qazı xüsusi qurğu ilə yoxlanılıb.Ekoloji normalara cavab verməyən avtomobil sahibləri inzibati qaydada məsuliyyətə cəlb olunublar. “Təmiz hava" aylığı çərçivəsində keçirilən tədbir zamanı şəhər ərazisində 40 sürücü barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun protokol tərtib edilib. Həmçinin, Sumqayıt şəhərində yol polislərinin cari il ərzində intizamsız sürücülərə qarşı keçirdikləri proflaktik tədbirlər zamanı 48.284 protokol tərtib edilib. O cümlədən, avtomobili sərxoş vəziyyətdə idarə edən 370, narkotikin təsiri altında sükan arxasında əyləşən 128, sürücülük hüququ olmayan 110, avtoxuliqanlıq edən 5, polisin qanuni saxla əmrinə tabe olmayan 23, yük və sərnişindaşıma qaydalarını pozan 202, dayanma-durma qaydalarına əməl etməyən sürücülər barəsində 25.139 inzibati protokol tərtib edilib. Avtomobilinə əlavə avadanlıqlar quraşdıran, eləcə də digər yol hərəkəti qaydalarını pozan sürücülər barəsində də müvafiq tədbirlər görülüb.Sumqayıt şəhəri ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozan intizamsız sürücülərə qarşı profilaktiki tədbirlər mütəmadi olaraq davam etdiriləcək.
Gün ərzində ölkə ərazisində qeydə alınan 37 cinayətin açılması təmin olunub
27.08.2023
Avqustun 27-də ölkə ərazisində qeydə alınan 37, əvvəlki dövrlərdən bağlı qalan 82 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.