Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yerləşən evlərin birində İ.Allahverdiyevə odlu silahla topuq nahiyəsindən xəsarət yetirməkdə şübhəli bilinən A.Cəbiyev saxlanılıb
29.08.2023
Avqustun 29-da saat 14 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yerləşən evlərin birində odlu silahdan açılan atəş nəticəsində İsfəndiyar Allahverdiyevin topuq nahiyəsindən xəsarət alması barədə polisə məlumat daxil olub. Binəqədi RPİ 6-cı Polis Bölməsi və Qobustan RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən İ.Allahverdiyevin qohumu, əvvəllər məhkum olunmuş Ayaz Cəbiyev Qobustan rayonu ərazisində saxlanılıb və ondan hadisə zamanı istifadə etdiyi lüləsi kəsilmiş “İJ” markalı tüfəng, ona aid 7 ədəd patron aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
Gəncə şəhəri Atatürk prospektində “KİA” və “Toyota” markalı iki avtomobil toqquşub
Avqustun 29-da saat 13 radələrində Gəncə şəhəri Atatürk prospektində şəhər sakini S.Hüseynovun idarə etdiyi “KİA” markalı və həmyerlisi M.İsmayılovun idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub. Daha sonra “KİA” markalı avtomobil yolu keçən şəhər sakini F.Babayevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Araşdırma aparılır.
Gədəbəy rayonunun Arıxdam kəndi ərazisində “KamAZ” markalı avtomobil körpüdən aşıb
Avqustun 29-da saat 09 radələrində Gədəbəy rayonunun Arıxdam kəndi ərazisində kənd sakini R.Rzayev idarə etdiyi “KamAZ” markalı avtomobili körpüdən aşırıb.Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.
Şərur şəhəri ərazisində avtomobillə şəhər sakini S.Qafarova vurulub
Avqustun 29-da saat 20 radələrində Şərur şəhəri ərazisində Maxta kənd sakini Ə.Seyidov idarə etdiyi markalı avtomobillə yolu keçən şəhər sakini S.Qafarovanı vurub.Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Araşdırma aparılır.
Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən paytaxt sakini S.Abbasov saxlanılıb
Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş S.Abbasov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 kiloqramdan artıq heroin aşkar olunaraq götürülüb.
Ağsu rayonu ərazisindəki fermaların birindən 5 baş qoyun oğurlamaqda şübhəli bilinən C.Quliyev saxlanılıb
Ağsu RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki fermaların birindən 5 baş qoyun oğurlamaqda şübhəli bilinən Neftçala rayon sakini C.Quliyev müəyyən olunaraq saxlanılıb.
Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağcabədi şəhər sakini H.Həsənov saxlanılıb
Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağcabədi şəhər sakini H.Həsənov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 465 qram marixuana aşkar edilərək götürülüb.
Beyləqan rayonunun Şərq qəsəbəsi ərazisində yabanı halda bitmiş 1 ton 450 kiloqram çəkidə çətənə kolu aşkar olunaraq məhv edilib
Beyləqan RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində rayonun Şərq qəsəbəsi ərazisində 1,5 hektar torpaq sahəsində yabanı halda bitmiş 1 ton 450 kiloqram çəkidə 2250 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Sosial şəbəkələrdə vətəndaşları “kreditə qızıl satılır” adı altında kiber üsullarla talayan dəstə üzvləri saxlanılıblar
Sosial şəbəkələr vasitəsilə vətəndaşların pul vəsaitlərinin kiber üsullarla talanması barədə müraciətlər üzrə Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir. Bu sahədə müşahidə edilən əsas hüquqazidd hallardan biri də “kreditlə qızıl satılır” başlığı adı altında xüsusən “TikTok” sosial şəbəkəsində yerləşdirilən şirnikləndirici elanlarla vətəndaşların aldadılmasıdır. Sadalanan qanunsuz hallar nəzərə alınaraq bu tipli talama əməllərində şübhəli bilinən növbəti şəbəkənin üzvləri əvvəllər məhkum olunmuşlar - 1984-cü il təvəllüdlü Elvin Həsənov, 1988-ci il təvəllüdlü Loğman Zayidov və 1985-ci təvəllüdlü Ceyhun Kərimov rəqəmsal texnoloji metodlardan istifadə olunmaqla polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.
Gün ərzində ölkə ərazisində qeydə alınan 67 cinayətin açılması təmin olunub
28.08.2023
Avqustun 28-də ölkə ərazisində qeydə alınan 67, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.