Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzində bir mağazadan 600 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən A.Rzayev saxlanılıb
30.11.2023Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə noyabrın 30-da Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzində bir mağazasından 600 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Rzayev saxlanılıb.
Araşdırmalarla onun daha bir mağazadan 2000 manat dəyərində tütün məmulatı oğurlaması da müəyyən olunub.