Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Hacıqabul rayonu ərazisindəki fermaların birindən dəmir borular və dəmir qapılar oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
06.09.2023
Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki fermaların birindən 4500 manat dəyərində dəmir borular və dəmir qapılar oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakinləri A.Əmrahov, C.Əliyev, E.Novruzov və H.İsmayılov müəyyən olunaraq saxlanılıblar.
Binəqədi rayonunun S.S.Axundov küçəsində bir qadına qarşı quldurluq etməkdə şübhəli bilinən C.Vəliyev və A.Bilalzadə saxlanılıblar
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 5-də saat 23 radələrində S.S.Axundov küçəsində bir qadını döyərək 300 manat pulunu, içərisində 2500 manat dəyərində mobil telefon və bank kartı olan cüzdanını quldurluq yolu ilə almaqda şübhəli bilinən C.Vəliyev və A.Bilalzadə müəyyən olunaraq saxlanılıblar.
Xəzər rayonunda polisin keçirdiyi əməliyyatlar zamanı 8 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının narkotik vasitələrin satışını təşkil edən şəxslərə qarşı həyata keçirdikləri əməliyyat tədbiri zamanı əvvəllər məhkum olunmuş 1997-ci il təvəllüdlü Ceyhun Hüseynov və 1979-cu il təvəllüdlü Zakir Əhmədov saxlanılıblar. Onlardan 4 kiloqramdan artıq narkotik vasitə heroin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları İran vətəndaşından paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. İdarə əməkdaşlarının avqust ayında həyata keçirdikləri digər əməliyyatlar zamanı isə rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 55, satışının təşkil edilməsi ilə bağlı 9 fakt aşkar edilib.Qeyd edilən hallarla bağlı 61 nəfər saxlanılaraq barələrində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Həmin şəxslərdən 8 kiloqram heroin, marixuana və psixotrop maddə metamfetamin aşkar edilib. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
“TikTok”da “falçılıq”, “baxıcılıq adı altında vətəndaşları aldadan şəxs saxlanılıb
05.09.2023
“TikTok” sosial şəbəkəsində vətəndaşların pul vəsaitlərinin “falçılıq”, “baxıcılıq”, “taleyin dəyişidirilməsi” və digər adlar altında yerləşdirilən şirnikləndirici elanlarla aldanılması barədə polisə çoxsaylı müraciətlər daxil olub. Qeyd edilən qanunsuz hallar nəzərə alınaraq bu tipli talama əməllərində şübhəli bilinən şəxs - 1985-ci il təvəllüdlü Fuad Məmmədov Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.Araşdırmalarla həmin şəxsin sosial şəbəkələrdə özünü “falçı” və “baxıcı” kimi təqdim edərək vətəndaşların müxtəlif məbləğlərdə pul vəsaitlərini onlayn köçürmə formasında ələ keçirdiyi müəyyən edilib. F.Məmmədov məsuliyyətdən yayınmaq üçün pulunu ələ keçirdiyi şəxslərin hesablarını sonradan bloklayıb. Qeyd olunan faktlarla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. F.Məmmədovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə müraciət edə bilərlər.
Bir şəxsi döyərək mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Astara rayon sakini M.Həsənov saxlanılıb
Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 5-də saat gecə saatlarında bir şəxsi döyərək mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Astara rayon sakini M.Həsənov müəyyən olunaraq saxlanılıb.
Qazax rayon sakinini aldadaraq ondan 14 baş inək almaqda şübhəli bilinən Bakı şəhər sakinləri T.Əliyev və N.Budaqov saxlanılıblar
Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il avqust ayında Qazax rayon sakinini aldadaraq ondan 14 baş inək almaqda şübhəli bilinən Bakı şəhər sakinləri T.Əliyev və N.Budaqov saxlanılıblar.Araşdırmalarla onların daha bir şəxsi aldadaraq 19700 manat pulunu almaları da müəyyən olunub.
Suraxanı rayonu ərazisindəki evlərin birindən kondisioner və naqil oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri X.Babayev və İ.Əliyev saxlanılıblar
Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 1400 manat dəyərində kondisioner və naqil oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri X.Babayev və İ.Əliyev müəyyən olunaraq saxlanılıblar.
Şəmkir rayonu ərazisindəki iki evdən və bir mağazadan oğurluq etməkdə şübhəli bilinən Təzəkənd kənd sakinləri S.Əliyev və F.Nəsirov saxlanılıblar
Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki iki evdən və bir mağazadan ümumi 3472 manat pul, 2500 manat dəyərində qızıl-zinət əşyaları, 53 manat dəyərində tütün məmulatı, eləcə də danışıq kartları oğurlamaqda şübhəli bilinən Təzəkənd kənd sakinləri S.Əliyev və F.Nəsirov müəyyən olunaraq saxlanılıblar.
Binəqədi rayonunda avqustda keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 82 nəfərdən 30 kiloqram narkotik vasitə aşkar edilib
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avqust ayında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı keçirilən tədbirlər zamanı ümumilikdə 82 nəfər saxlanılıb. Həmin şəxslərdən 30 kiloqram heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilib. Araşdırma zamanı müəyyən edilib ki, onlardan bəziləri əvvəllər narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün məhkum olunmuş şəxslərdir. Saxlanılanların bir neçəsi narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.Aşkar edilmiş faktlarla bağlı İdarənin İstintaq Şöbəsində araşdırma aparılır. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
Oğurluq etməkdə şübhəli bilinən Salyan rayon sakini Ə.Həsənov müəyyən olunaraq saxlanılıb
04.09.2023
Nəqliyyatda Baş Polis İdarəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 3-də saat 01 radələrində Səbail rayonu ərazisində yerləşən klubların birində vətəndaşa məxsus içərisində bank kartları və şəxsiyyət vəsiqəsi olan cüzdanı oğurlayaraq Bakı dəmir yolu vağzalının ərazisində yerləşən mağazalarda bank kartlarından 156 manat dəyərində alış-veriş etməkdə şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Həsənov müəyyən olunaraq saxlanılıb.