Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakıda ödəmə terminallarından oğurluq edən şəxs saxlanılıb

01.12.2023

Xəzər rayonu Binə qəsəbəsində yerləşən marketlərdən birində quraşdırılan ödəmə terminalından 7753 manat oğurlanıb. Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ödəmə terminalından oğurluq etməkdə şübhəli bilinən Binə qəsəbəsi sakini əvvəllər məhkum olunmuş 1992-ci il təvəllüdlü İlham Rəhmanov saxlanılıb. Araşdırma zamanı bu şəxsin paytaxtın Suraxanı rayonunda da 2 mağazada quraşdırılan ödəmə terminallarından oğurluq etdiyi məlum olub. Saxlanılan zaman həmin şəxsdən oğurladığı maddi vəsaitin bir qismi aşkar olunaraq götürülüb. İ.Rəhmanov oğurluq yolla əldə etdiyi pulun bir hissəsini şəxsi ehtiyaclarına xərcləyib. 
Faktlarla bağlı 3-cü Polis Şöbəsində araşdırmalar davam etdirilir. İ.Rəhmanovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.

Youtube linki - https://www.youtube.com/watch?v=qsBFpllQVgc

 

01.12.2023 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 53 cinayətin açılması təmin olunub 01.12.2023
  • Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir 01.12.2023
  • Nərimanov rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən avtomobil qaçırmaqda şübhəi bilinən avtoyuma məntəqəsinin işçisi M.Məmmədquliyev avtomobillə saxlanılıb 01.12.2023
  • Bərdə şəhəri ərazisindən “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən F.Vəliyev avtomobillə saxlanılıb 01.12.2023
  • Abşeron rayonunun Görədil kəndindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən S.İsayev saxlanılıb 01.12.2023
  • Gəncə şəhəri ərazisində 2 köşkdən pul və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini X.Məmmədov saxlanılıb 01.12.2023
  • Gəncə şəhər sakini olan bir nəfərin bank kartından pulunu oğurlamaqda şübhəli bilinən B.Paşayev saxlanılıb 01.12.2023
  • Tovuz rayon sakini N.Məmmədalıyevdən marixuana aşkar olunaraq götürülüb 01.12.2023
  • Bakıda ödəmə terminallarından oğurluq edən şəxs saxlanılıb 01.12.2023