Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Abşeron rayonu ərazisindəki mağazaların birindən 3424 manat dəyərində tütün məmulatını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən R.Qasımov saxlanılıb
08.09.2023
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 1-də rayon ərazisindəki mağazaların birindən 3424 manat dəyərində tütün məmulatını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş R.Qasımov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Gəncə şəhəri ərazisindəki evlərin birindən 10000 manat pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən V.Mirzəyev saxlanılıb
Gəncə ŞBPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində avqustun 12-də şəhər ərazisindəki evlərin birindən 10000 manat pul və 500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş V.Mirzəyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Xırdalan şəhər sakini olan bir nəfəri aldadıb dələduzluq yolu ilə hesabına 23500 manat ödətdirməkdə şübhəli bilinən E.Rəhimzadə saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 9-da Xırdalan şəhər sakini olan bir nəfəri aldadıb dələduzluq yolu ilə hesabına 23500 manat ödətdirməkdə şübhəli bilinən Cəbrayıl rayon sakini E.Rəhimzadə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Gəncə şəhərinin Məhsəti qəsəbəsi ərazisindəki bir yarımtikilidən 900 manat dəyərində elektrik naqili oğurlamaqda şübhəli bilinən M.Süleymanov saxlanılıb
Gəncə ŞBPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 7-nə keçən gecə Məhsəti qəsəbəsi ərazisindəki bir yarımtikilidən 900 manat dəyərində elektrik naqili oğurlamaqda şübhəli bilinən şəhər sakini M.Süleymanov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Nəsimi rayonu ərazisində 3 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Quliyev saxlanılıb
07.09.2023
Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində 3 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Quliyev müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Xəzər rayonu ərazisində 4 nəfərə məxsus velosipedləri oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini M.Məmmədov saxlanılıb
Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində 4 nəfərə məxsus velosipedləri oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş M.Məmmədov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Vətəndaşı aldadaraq 77000 manat dəyərində pomidor məhsulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən Ə.Kərimov və S.Hüseynov saxlanılıblar
Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 26-da bir nəfəri aldadaraq 77000 manat dəyərində pomidor məhsulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakinləri Ə.Kərimov və S.Hüseynov müəyyən edilərək saxlanılıblar. Araşdırma aparılır.
Texniki baxışdan yayınmaq üçün müxtəlif üsullara əl atan sürücülər aşkar edilib
DİN-in Baş DYP İdarəsinin Müayinə Mərkəzinin əməkdaşları tərəfindən idarə etdiyi yük avtomobilinin dövlət qeydiyyat nişanlarına müdaxilə edən sürücülər aşkarlanıb. Məlum olub ki, həmin sürücülər qanunvericiliyin tələblərini pozaraq, “Zil” markalı nəqliyyat vasitəsinə təhkim olunmuş 62-BD-589 dövlət qeydiyyat nişanlarında “9” rəqəmini boya vasitəsilə dəyişərək “8” rəqəminə çevirib və 01-BM-688 qeydiyyat nişanlı "Kamaz" markalı nəqliyyat vasitəsinin qeydiyyat nişanına palçıq sürtərək görünüşü çətinləşdirib. Hər iki sürücü Baş Dövlət Yol Polisi İdarəsinin Xüsusi Tağımının əməkdaşları tərəfindən məsuliyyətə cəlb edilib.
Daşkəsən şəhər bələdiyyəsinə məxsus 2 hektar sahədə yabanı halda bitmiş çətənə kolları aşkar olunaraq məhv edilib
06.09.2023
Daşkəsən RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Daşkəsən şəhər bələdiyyəsinə məxsus 2 hektar sahədə yabanı halda bitmiş 467 kiloqram çəkidə 1150 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Sumqayıt şəhər sakini E.Vahabovdan heroin aşkar olunaraq götürülüb
Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş E.Vahabov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb. Araşdırmalarla onun Sumqayıt şəhəri ərazisindəki evlərin birindən 6800 ABŞ dolları, 5700 manat pul və 15000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən olunub.