Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
25.01.2024Yanvarın 25-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 ədəd avtomat silahı, 8 ədəd qumbara, 7 alışdırıcı, 36 ədəd müxtəlif markalı tüfəng, 1 ədəd patron darağı və 101 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.