Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Şəmkir rayonunun Dəllər qəsəbə sakini B.Məmmədovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
30.10.2023
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Dəllər qəsəbə sakini B.Məmmədovdan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.
Neftçala rayonunun Aşağı Qaramanlı kənd sakini Ə.İmanovdan qanunsuzu saxladığı ov tüfəngi götürülüb
Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Aşağı Qaramanlı kənd sakini Ə.İmanovdan qanunsuzu saxladığı nömrəsi silinmiş “İJ” markalı ov tüfəngi götürülüb.
Zərdab və Kəlbəcər rayon sakinləri olan iki şəxsdən qanunsuz saxladıqları ov tüfəngləri götürülüb
Zərdab Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Gödəkqobu kənd sakini Ə.Əhədovdan 2 ədəd, Kəlbəcər rayon sakini Ş.Rzayevdən isə 1 ədəd qanunsuz saxladıqları “İJ” markalı ov tüfəngi götürülüb.
Tərtər rayon sakini V.Bəylərzadənin yaşadığı evdən qanunsuz saxladığı ov tüfəngi götürülüb
Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində V.Bəylərzadənin yaşadığı evə baxış zamanı qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.
Lerik rayonunun Vov kənd sakini Q.Rəşidovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Lerik Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Vov kənd sakini Q.Rəşidovdan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.
Ölkə ərazisində qeydə alınan 41 cinayətin açılması təmin olunub
29.10.2023
Oktyabrın 29-da ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Xaçmaz rayon sakini M.Məmmədquliyev avtomobillə saxlanılıb
Oktyabrın 28-də saat 21 radələrində Xətai rayonunun Babək prospektində yerləşən avtoyuma məntəqələrinin birindən “KİA” markalı avtomobilin qaçırılması barədə 34-cü Polis Şöbəsinə məlumat daxil olub. Araşdırmalarla bu əməlin avtoyuma məntəqəsinin işçisi tərəfindən törədilməsi müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş M.Məmmədquliyev Quba rayonu ərazisində avtomobillə saxlanılıb. Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
Lənkəran rayon sakini V.Yusifovdan 325 qramdan artıq heroin və 210 qramdan çox metamfetamin aşkar olunaraq götürülüb
Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Lənkəran rayon sakini V.Yusifovdan 325 qramdan artıq heroin və 210 qramdan çox metamfetamin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Astara rayonunun Pəlekəş kənd sakini S.Fərəcovdan qanunsuz saxladığı ov tüfəngi aşkar olunaraq götürülüb
Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Pəlekəş kənd sakini S.Fərəcovdan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 47 cinayətin açılması təmin olunub
28.10.2023
Oktyabrın 28-də ölkə ərazisində qeydə alınan 47, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 37, o cümlədən borclu şəxs qismində axtarışda olan 24 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.