Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Kəlbəcər rayon sakini F.İsmayılovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
31.10.2023
Samux Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Kəlbəcər rayon sakini F.İsmayılovdan qanunsuz saxladığı “TOZ-16” markalı ov tüfəngi götürülüb.
Astara rayon sakini M.Abdullayevdən qanunsuz saxladığı ov tüfəngi götürülüb
Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində M.Abdullayevdən qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 48 cinayətin açılması təmin olunub
30.10.2023
Oktyabrın 30-da ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Xırdalan şəhəri ərazisində avtomobili təhlükəsizlik kəmərini taxmadan idarə etdiyinə görə saxlanılan C.Səmədovun sürücülük vəsiqəsinin müddətinin bitməsi və onun sərxoş halda olması müəyyən edilib
Oktyabrın 29-da saat 15 radələrində Xırdalan şəhəri ərazisində “TOFAŞ” markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla sürücü, Abşeron rayon sakini C.Səmədovun sürücülük vəsiqəsinin müddətinin bitməsi və onun sərxoş halda olması müəyyən edildiyindən barəsində inzibati protokol tərtib edilib. Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı isə oradan 14 qramdan artıq metamfetamin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Kürdəmir rayonu ərazisində saxlanılan E.Ələkbərovun avtomobili sürücülük hüququ olmadan idarə etməsi və narkotik vasitənin təsir altında olması müəyyən olunub
Oktyabrın 29-da saat 23 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Kürdəmir rayonu ərazisində yerləşən YPX postunda “Khazar” markalı avtomobil nəzarət qaydasında saxlanılıb. Araşdırmalarla sürücü, Bakı şəhər sakini E.Ələkbərovun sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etməsi və narkotik vasitənin təsir altında olması müəyyən olunduğundan barəsində inzibati protokol tərtib olunub.Kürdəmir rayon məhkəməsinin qərarı ilə onun barəsində 15 gün müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq olunub.
Sabirabad rayonunun Qarağac kəndi ərazisindəki mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən Ü.Mirzəliyev saxlanılıb
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 28-nə keçən gecə Qarağac kəndi ərazisində mağazaların birindən 1500 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən kənd sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Ü.Mirzəliyev saxlanılıb. Araşdırma aparılır.
Bakı şəhər sakini S.Məmmədovdan 1 kiloqramdan artıq heroin aşkar olunaraq götürülüb
Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini Seymur Məmmədovdan 1 kiloqram 15 qram heroin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Bakı şəhər sakini F.Şəfiyevdən marixuana aşkar olunaraq götürülüb
Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Şəfiyevdən marixuana aşkar olunaraq götürülüb. Davam etdirilən tədbirlərlə onun Zizik kəndindəki evinə baxış zamanı oradan əlavə 395 qram marixuana götürülüb. Araşdırma aparılır.
Bakı şəhər sakini V.Qasımovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Vüsal Qasımovdan qanunsuz saxladığı nömrəsi silinmiş “Vinchester” markalı ov tüfəngi aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Sabirabad rayonunun Poladtuxay kənd sakini R.Əsgərovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Poladtuxay kənd sakini R.Əsgərovdan qanunsuz saxladığı “TOZ” markalı ov tüfəngi götürülüb.