Qax şəhər sakini M.Mustafazadədən və yaşadığı evdən marixuana aşkar olunaraq götürülüb
27.01.2024Qax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikəri əməliyyat tədbiri ilə şəhər sakini, əvvəllər məhkum olunmuş Mübariz Mustafazadə saxlanılıb. Onun üzərindən və yaşadığı evə baxış zamanı marixuana aşkar olunaraq götürülüb.
Davam etdirilən tədbirlərlə onun Əlibəyli kəndi ərazisində yerləşən meşə sahəsində qanunsuz əkib-becərdiyi 65 ədəd çətənə bitkisi də aşkar olunaraq götürülüb.