Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir
17.11.2023
Noyabrın 17-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd avtomat, 1 ədəd tapança, 22 ədəd alışdırıcısı, 5 patron darağı, 346 ədəd müxtəlif çaplı patron və 16 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər.Keçirilən əməliyyat tədbirləri ilə 1 ədəd avtomat, 8 ov tüfəngi, 16 patron və 2 patron darağı aşkar edilərək götürülüb.
Səbail rayonu ərazisindəki bərbərxanaların birindən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini K.Şükürov saxlanılıb
Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə noyabrın 2-də rayon ərazisindəki bərbərxanaların birindən 1000 manat dəyərində saç kəsən avadanlıqlar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş K.Şükürov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Bakı şəhər sakini olan bir nəfərin bank kartından pulunu oğurlamaqda şübhəli bilinən H.Yusibov saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə noyabrın 14-də Bakı şəhər sakini olan bir nəfərin bank kartından hesabındakı pulunu oğurlamaqda şübhəli bilinən Qəbələ rayon sakini, əvvəllər məhkum olunmuş H.Yusibov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Ağdam rayonunun Çəmənli kənd sakini N.Məmmədovdan marixuana və elektron tərəzi götürülüb
Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılan Çəmənli kənd sakini N.Məmmədovdan 2 qramdan artıq, yaşadığı evə baxış zamanı isə 405 qramdan çox marixuana və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 64 cinayətin açılması təmin olunub
16.11.2023
Noyabrın 16-da ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Noyabrın 16-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd avtomat, 1 ədəd tapança, 1 ədəd qumbara, 4 patron darağı, 350 ədəd müxtəlif çaplı patron və 14 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər.Keçirilən əməliyyat tədbirləri ilə 15 ov tüfəngi aşkar edilərək götürülüb.
Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində 2 daş karxanasından və bir transformatordan naqil oğurlamaqda şübhəli bilinən Z.Cəfərov saxlanılıb
Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Türkan qəsəbəsi ərazisində 2 daş karxanasından və bir transformatordan ümumilikdə 7700 manat dəyərində naqil oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini Z.Cəfərov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Binəqədi rayonu ərazisində mənzillərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini H.Əfəndizadə saxlanılıb
Binəqədi rayonu ərazisində mənzillərin birindən 5000 manat, 2700 ABŞ dolları pul və 15.000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş H.Əfəndizadə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Beyləqan rayon sakini Ə.Quluzadənin idarə etdiyi avtomobildən marixuana və elektron tərəzi götürülüb
Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Beyləqan rayon sakini Ə.Quluzadənin idarə etdiyi “Khazar” markalı avtomobilinə baxış zamanı oradan 256 qramdan artıq marixuana və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Sabunçu rayonunun Nardaran qəsəbəsi ərazisində bir evin həyətindən avtomobil ehtiyat hissələrini oğurlamaqda şübhəli bilinən M.Qasımov və A.Yolçuyev saxlanılıblar
Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə noyabrın 15-nə keçən gecə Nardaran qəsəbəsi ərazisində bir evin həyətindən 5000 manat dəyərində avtomobil ehtiyat hissələrini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Qasımov və Qazax rayon sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş A.Yolçuyev saxlanılıblar. Araşdırma aparılır.