Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Abşeronda əməliyyat zamanı saxlanılan 4 narkokuryerdən 15 kiloqram müxtəlif növ narkotik vasitə aşkar edilib

29.01.2024

Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən Xırdalan şəhəri, Novxanı, Məhəmmədli və Hökməli qəsəbələrində keçirilən əməliyyatlar zamanı  narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Əli Babayev, Nərgiz Həsənova, Nadir Məmmədov və Səbir Məmmədov saxlanılıblar. Onlardan, idarə etdikləri avtomobillərdən və yaşadıqları evlərdən ümumilikdə 15 kiloqram, o cümlədən 9 kiloqram marixuana, 4 kiloqram heroin, 2 kiloqram psixotrop maddə metamfetamin və 50 ədəd satışı qadağan edilən metadon həbi aşkar olunub. Saxlanılan şəxslər ölkəyə İrandan qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri Bakı şəhəri və Abşeron rayonunda ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Faktla bağlı cinayət işləri başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.  

Youtube linki - https://www.youtube.com/watch?v=FqdgAs2jmJc 

29.01.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 45 cinayətin açılması təmin olunub 29.01.2024
  • Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir  29.01.2024
  • Qanunsuz saxlanılan silah-sursat aşkar edilərək götürülüb 29.01.2024
  • Ümumi çəkisi 10 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb 29.01.2024
  • Suraxanı rayonunun Əmircan qəsəbəsi ərazisində apteklərin birindən 2100 manat pul oğurlamaqda şübhəli bilinən M.Bəhmənov saxlanılıb 29.01.2024
  • Binəqədi rayonu ərazisində mənzillərin birindən 12000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən əcnəbi vətəndaş saxlanılıb 29.01.2024
  • Abşeronda əməliyyat zamanı saxlanılan 4 narkokuryerdən 15 kiloqram müxtəlif növ narkotik vasitə aşkar edilib 29.01.2024
  • Su polislərindən iki uğurlu əməliyyat 29.01.2024
  • Nərimanov rayonunda saxta dövlət qeydiyyat nişanı ilə avtoxuliqanlıq edən sürücü saxlanılıb 29.01.2024