Kürdəmir rayon sakini P.İmanovdan nömrəsi silinmiş tapança, 1 ədəd patron darağı və 7 ədəd patron aşkar olunaraq götürülüb
30.01.2024Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Kürdəmir rayon sakini P.İmanov saxlanılıb. Ondan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 7 ədəd patron aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.