Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ekoloji qaydaların pozulması hallarının qarşısının alınması məqsədilə zəruri tədbirlər davam etdirilir
19.11.2023
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə ekoloji qaydaların pozulması hallarının qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirir. Noyabrın 17-də bu istiqamətdə keçirilən tədbirlər nəticəsində Suraxanı rayonunun Yeni Günəşli və Qaradağ rayonunun Lökbatan qəsəbələri ərazilərində ağac və kolların zədələnməsi faktları aşkar olunub. Ağac və kolları zədələdiklərinə görə Suraxanı rayonunda bir fiziki, Qaradağ rayonunda isə bir vəzifəli şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir
Noyabrın 18-də və 19-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd avtomat, 5 ədəd qumbara, 6 patron darağı, 530 ədəd müxtəlif çaplı patron və 45 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər.Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 23 ov tüfəngi aşkar edilərək götürülüb.
Qaradağ rayonunun Lökbatan qəsəbəsində evlərin birindən pul və qızıl-zinət əşyalarını oğurlamaqda şübəli bilinən Abşeron rayon sakini S.İsayev saxlanılıb
Qaradağ rayonunun Lökbatan qəsəbəsində evlərin birindən 7900 manat pul və 6000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş S.İsayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Sumqayıt şəhər sakini olan bir nəfərin bank kartından pulunu oğurlamaqda şübhəli bilinən E.Musayev saxlanılıb
Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri tədbirlərlə Sumqayıt şəhər sakini olan bir nəfərin bank kartından hesabındakı 2920 manat pulunu oğurlamaqda şübhəli bilinən şəhər sakini E.Musayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 70 cinayətin açılması təmin olunub
18.11.2023
Noyabrın 18-də ölkə ərazisində qeydə alınan 70, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Metronun “28 May” stansiyasının qarşısında yerləşən lotoreya satışı məntəqəsində soyğunçuluq etməkdə şübhəli bilinən Şirvan şəhər sakini N.Hüseynov saxlanılıb
NBPİ-nin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə noyabrın 18-də metronun “28 May” stansiyasının qarşısında yerləşən lotoreya satışı məntəqəsində piştaxtanın üzərindən 90 ədəd lotereya biletini soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər oğurluqvə narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş N.Hüseynov saxlanılıb. Dəmir Yolu Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır.
Sabunçu rayonunun Sabunçu qəsəbəsindəki evlərin birindən pul və qızıl-zinət əşyası oğurlamaqda şübhəli bilinən S.Qasımov saxlanılıb
Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Sabunçu qəsəbəsindəki evlərin birindən pul və qızıl-zinət əşyası oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini S.Qasımov saxlanılıb. Ondan heroin aşkar olunaraq götürülüb.Araşdırmalarla onun qəsəbə ərazisində digər bir evdən pul oğurlaması da müəyyən olunub.
Nəsimi rayonu ərazisindən bir nəfərin mopedini oğurlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə noyabrın 16-da rayon ərazisindən bir nəfərin mopedini oğurlamaqda şübhəli bilinən Ağstafa rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş yeniyetmə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Binəqədi rayonunda yol polisləri narkotikin təsiri altında avtomobil idarə edən sürücünü saxlayıb
Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücünün qanunazidd hərəkətlərinin qarşısı alınıb.Belə ki, paytaxt sakini 2003-cü il təvəllüdlün Əhliman Quluzadənin idarə etdiyi “Khazar SD” markalı, 99-PZ-630 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Binəqədi rayonu ərazisində şöbə əməkdaşları tərəfindən saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı Ə.Quluzadənin narkotik maddə qəbul etməsi müəyyən edilib.Sürücü izahatında şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşı ilə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq narkokuryerliyə cəlb edildiyini və həmin şəxsin ölkəyə müxtəlif qanunsuz yollarla göndərdiyi narkotikləri qəbul etdiyini bildirib. Ə.Quluzadənin avtomobilinə baxış zamanı oradan satış üçün 35 ədəd kibrit qutusunda qablaşdırılan külli miqdarda narkotik vasitə marixuana aşkar edilib. Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 55 cinayətin açılması təmin olunub
17.11.2023
Noyabrın 17-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.