Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sabunçuda əməliyyat zamanı silahlı şəxslər saxlanılıblar
16.01.2024
Vətəndaşlarda qanunsuz olaraq saxlanılan odlu silah-sursatın əməliyyat yolu ilə aşkar edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş 1973-cü il təvəllüdlü Rauf Yusifov üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb. Ondan 1 ədəd “Makarov” markalı tapança, 16 ədəd patron və 1 ədəd patron darağı aşkar edilib. Sabunçu RPİ-nin əməkdaşları tərəfindən Maştağa qəsəbəsində keçirilən tədbir zamanı isə əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Ramin Alxasov saxlanılıb. Onun yaşadığı evin həyətinə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat silah və 15 ədəd patron aşkar olunub. R.Yusifov və R.Alxasov silahları bir müddət əvvəl əldə etdiklərini və polisə könüllü təhvil vermək əvəzinə özlərində saxladıqlarını bildiriblər. Araşdırmalar davam etdirilir.Həmçinin İdarə əməkdaşları tərəfindən aparılan profilaktik tədbir zamanı Sabunçu rayon sakini olan daha bir nəfər özündə saxladığı müvafiq sənədləri olmayan ov tüfəngini polisə təhvil verib.
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
Yanvarın 16-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat silahı, 2 qumbara, 11 ədəd müxtəlif markalı tüfəng və 35 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
DİO əməkdaşları tərəfində odlu silah və vasitələri aşkar edilərək götürülüb
Yanvarın 16-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 4 ədəd avtomat silahı, 1 ədəd tapança, 6 ədəd müxtəlif markalı tüfəng, 4 ədəd patron darağı və 101 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Xankəndi şəhəri ərazisində odlu silah və vasitələri aşkar edilərək götürülüb
Yanvarın 16-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisində 5 ədəd avtomat silahı, 4 ədəd qumbara, 1 tüfəng, 34 ədəd patron darağı, 1774 ədəd patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirləri davam etdirir. Paytaxtın Səbail və Suraxanı rayonlarında keçirilən tədbirlər zamanı Badamdar qəsəbəsi ərazisində “KamAZ”, Bülbülə qəsəbəsi ərazisində isə “QAZ” markalı yük avtomobillərindən müxtəlif çeşidli və bərk tullantıların boşaldılması və qalaqlanması aşkar olunub.Sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə həmin yük avtomobillərinin sürücüləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Tüfəngdən atəş açaraq Abşeron rayon sakini olan qadının qol nahiyəsinə xəsarət yetirməkdə şübhəli bilinən Bərdə rayon sakini R.Əsədzadə saxlanılmışdır
Yanvarın 16-da saat 23 radələrində Səbail rayonu ərazisində bir qadının odlu silahdan açılmış atəşdən xəsarət alması barədə polisə məlumat daxil olub. Qadın xəstəxanaya yerləşdirilib. Araşdırmalarla Bərdə rayon sakini R.Əsədzadənin xuliqanlıq zəminində tüfəngdən atəş açaraq Abşeron rayon sakini olan qadının qol nahiyəsinə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə R.Əsədzadə saxlanılıb. Ondan lüləsi kəsilmiş və nömrəsi silinmiş “İJ-16” markalı ov tüfəngi götürülüb.Araşdırma aparılır.
Məhəmmədi qəsəbəsi ərazisindən bir nəfərə xəsarət yetirməkdə şübhəli bilinən Ş.Əliyev müəyyən olunaraq saxlanılıb
Yanvarın 17-də gecə saatlarında Məhəmmədi qəsəbəsi ərazisindən bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub. Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən qəsəbə sakini Ş.Əliyev müəyyən olunaraq saxlanılıb. Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Lənkəran şəhərində bir nəfərə xəsarət yetirməkdə şübhəli bilinən R.Abdullayev müəyyən olunaraq saxlanılıb
Yanvarın 16-da axşam saatlarında Lənkəran şəhərində bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub. Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən şəhər sakini R.Abdullayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
4 evdən ümumilikdə 3200 manat pul və 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Əhmədov saxlanılıb
Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda Binə qəsəbəsində 4 evdən ümumilikdə 3200 manat pul və 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Əhmədov saxlanılıb. Araşdırma aparılır.
Mağazaların birindən 680 manat dəyərində geyim əşyası oğurlamaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb
Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisindəki mağazaların birindən 680 manat dəyərində geyim əşyası oğurlamaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.