Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində bir nəfərin cibindən pulunu və mobil telefonunu oğurlamaqda şübhəli bilinən N.Vəlizadə saxlanılıb
27.11.2023
Qaradağ RPİ 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Ələt qəsəbəsi ərazisində bir nəfərin cibindən 1800 manat pulunu və mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Vəlizadə saxlanılıb. Araşdırmalarla onun qəsəbə ərazisindən bir nəfərin mopedini oğurlaması da müəyyən olunub.
Sabunçu rayonu ərazisindəki binaların birindən 2 ədəd kombi oğurlamaqda şübhəli bilinən S.Xəlilov saxlanılıb
Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisindəki binaların birindən 2 ədəd kombi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Xəlilov saxlanılıb. Araşdırma aparılır.
Maştağa qəsəbəsi ərazisində bir avtomobildən 7000 manat pulu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ə.Əliyev saxlanılıb
Noyabrın 25-nə keçən gecə Maştağa qəsəbəsi ərazisində “Volkswagen” markalı bir avtomobildən 7000 manat pulun qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Ə.Əliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Nəsimi rayonu ərazisində mənzillərin birindən pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Orucov saxlanılıb
Nəsimi rayonu ərazisində mənzillərin birindən 5000 manat pul oğurlanması barədə polisə məlumat daxil olub. Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Orucov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Qazax rayonunun İkinci Şıxlı kəndi ərazisində bir evin həyətindən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Qazax Rayon Polis Şöbəsi və Gəncə ŞBPİ-nin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə noyabrın 27-nə keçən gecə İkinci Şıxlı kəndi ərazisində bir evin həyətindən 1280 manat dəyərində məişət əşyaları və naqil oğurlamaqda şübhəli bilinən Qazax rayon sakinləri, əvvəllər məhkum olunmuşlar - P.Əhmədov, M.Qocayev, O.Nəsibov, E.Xasməmmədov və Ş.Əhmədov saxlanılıblar.Araşdırma aparılır.
Ucar rayonunun Alpoud kəndində bir həyətyanı sahədən 14 baş qoyun oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Ucar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Alpoud kəndində bir həyətyanı sahədən 14 baş qoyun oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini S.Şirinov, M.Əliyev və qardaşı H.Əliyev saxlanılıblar.Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 26 cinayətin açılması təmin olunub
26.11.2023
Noyabrın 26-da ölkə ərazisində qeydə alınan 26 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir
25-26 noyabr tarixlərində polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat, 5 ədəd qumbara, 1 ədəd qumbara alışdırıcısı, 1 ədəd fişəng tapançası, 1 patron darağı, 66 ədəd müxtəlif çaplı patron və 29 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər.Keçirilən əməliyyat tədbirləri ilə 1 ədəd qumbara, 1 ədəd alışdırıcı, 5 tüfəng, 15 patron və 1 patron qatarı aşkar edilərək götürülüb.
Binəqədi rayonu ərazisindəki orta məktəblərin birindən notbuk və proyektor oğurlamaqda şübhəli bilinən N.Atayev və F.İdrisov saxlanılıblar
Noyabrın 22-nə keçən gecə Binəqədi rayonu ərazisindəki orta məktəblərin birindən notbuk və proyektor oğurlanması barədə polisə məlumat daxil olub. Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri N.Atayev və əvvəllər məhkum olunmuş F.İdrisov müəyyən olunaraq saxlanılıblar.Araşdırma aparılır.
Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində şirkətlərdən birinə məxsus optik internet kabeli və 2 ədəd barabanı oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində şirkətlərdən birinə məxsus 15000 manat dəyərində optik internet kabeli və 2 ədəd barabanın oğurlanması barədə polisə məlumat daxil olub. Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Ordubad rayon sakini R.Vəliquliyev və Bakı şəhər sakini V.Şərifov müəyyən olunaraq saxlanılıblar.Araşdırma aparılır.