Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gəncə şəhəri ərazisindəki evlərin birindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini A.Əliyev saxlanılıb
29.11.2023
Gəncə ŞBPİ 4-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri tədbirlərlə şəhər ərazisindəki evlərin birindən 5000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə sakini, əvvəllər məhkum olunmuş A.Əliyev saxlanılıb. Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 53 cinayətin açılması təmin olunub
28.11.2023
Noyabrın 28-də ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirilir
Noyabrın 28-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd avtomat, 1 ədəd tapança, 4 qumbara, 2 ədəd alışdırıcı, 4 patron darağı, 94 ədəd müxtəlif çaplı patron və 20 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər.Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat, 4 tüfəng, 1 ədəd patron darağı və 35 ədəd patron aşkar edilərək götürülüb.
Ekoloji qaydaların pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə ekoloji qaydaların pozulması hallarının qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirir. Noyabrın 27-də bu istiqamətdə keçirilən tədbirlər nəticəsində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində 3 ədəd sərv ağacının çətir hissəsinin tamlığının pozularaq budaqlarının kəsilməsi, Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində isə “KamAZ” markalı 3 yük avtomobili ilə qarışıq süxur daşınması faktları aşkar olunub. Ağacları zədələdiyinə görə Suraxanı rayonunda bir, Xəzər rayonunda isə icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə 3 fiziki şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Binə qəsəbəsində bir evin həyətindən 10.000 manat dəyərində avadanlıq oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Quliyev saxlanılıb
Binə qəsəbəsində bir evin həyətindən 10.000 manat dəyərində avadanlıq oğurlanması barədə polisə məlumat daxil olub. Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş S.Quliyev saxlanılıb.Araşdırma aparılır.
Noyabrın 25-də bir nəfərin cüzdanını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini T.Abbaszadə saxlanılıb
Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə noyabrın 25-də bir nəfərin içərisində 500 manatı, sənəd və kart olan cüzdanını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini T.Abbaszadə saxlanılıb. Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 50 cinayətin açılması təmin olunub
27.11.2023
Noyabrın 27-də ölkə ərazisində qeydə alınan 50, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir
Noyabrın 27-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat, 3 ədəd qumbara, 3 patron darağı, 158 ədəd müxtəlif çaplı patron və 21 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər.
Nərimanov rayonu ərazisində avtomobildə sürücünün mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən H.Məmmədşuri saxlanılıb
Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə noyabrın 26-da saat 23 radələrində “Chevrolet” markalı avtomobildə sürücünün mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş H.Məmmədşuri saxlanılıb.Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Buzovna qəsəbəsi ərazisində bir nəfərin pulunu və 2 ədəd mobil telefonunu oğurlamaqda şübhəli bilinən İ.Hüseynov saxlanılıb
Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Buzovna qəsəbəsi ərazisində bir nəfərin üzlüyündə 850 manat pulu olan 3900 manat dəyərində 2 ədəd mobil telefonunu oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini İ.Hüseynov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.