Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gəncə dəmir yolu stansiyası ərazisində saxlanılan Gəncə şəhər sakini S.Həsənovdan marixuana götürülüb
30.11.2023
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Gəncə dəmir yolu stansiyası ərazisində saxlanılan Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş S.Həsənovdan 480 qram marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Abşeron rayonunun Sabirabad rayon sakini S.Əhədovdan heroin və metamfetamin götürülüb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılan Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş S.Əhədovdan 203 qrama yaxın heroin və 35 qramdan çox metamfetamin aşkar olunaraq götürülüb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 47 cinayətin açılması təmin olunub
29.11.2023
Noyabrın 29-da ölkə ərazisində qeydə alınan 47, əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir
Noyabrın 29-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 ədəd avtomat, 6 patron darağı, 2120 ədəd müxtəlif çaplı patron və 18 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər.Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 3 tüfəng və 18 ədəd patron aşkar edilərək götürülüb.
Bakıxanov qəsəbəsi ərazisində Ağsu rayon sakini olan bir nəfərə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən C.Osmanov saxlanılıb
Noyabrın 29-da saat 23 radələrində Bakıxanov qəsəbəsi ərazisindən Ağsu rayon sakini olan bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub. Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə münaqişə zəminində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini C.Osmanov müəyyən olunaraq saxlanılıb. Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Gecə saatlarında Keşlə dəmir yolu stansiyası ərazisində 4 yeniyetməyə kəsici-deşici alətlə xəsarətlər yetirməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Noyabrın 28-də gecə saatlarında Keşlə dəmir yolu stansiyası ərazisindən 4 yeniyetmənin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub. NBPİ-nin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri olan 4 yeniyetmə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Sabunçu rayonunun Məhəmmədi qəsəbəsi ərazisində yerləşən kafelərin birində qumar oyunları təşkil etməkdə şübhəli bilinən F.Hüseynov saxlanılıb
Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Məhəmmədi qəsəbəsi ərazisində yerləşən kafelərin birində qumar oyunlarının təşkili aşkar edilib. Özünə məxsus kafedə qumar oyunları təşkil etməkdə şübhəli bilinən Bakı şəhər sakini F.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.
Bir nəfərin bank kartından hesabındakı 200 manatını oğurlamaqda şübhəli bilinən İ.Bağırov saxlanılıb
Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri tədbirlərlə noyabrın 26-da bir nəfərin bank kartından hesabındakı 200 manatını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İ.Bağırov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Səbail rayonunun Badamdar qəsəbəsi ərazisində yerləşən marketlərin birindən pul və tütün məmulatı oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Badamdar qəsəbəsi ərazisində yerləşən marketlərin birindən 300 manat pul və 2000 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Ağayev və Quba rayon sakini İ.Fətiyev müəyyən olunaraq saxlanılıblar.Araşdırma aparılır.
Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən M.Paşayev saxlanılıb
Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Lökbatan qəsəbəsindəki mağazaların birindən 3000 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən əvvəllər də oğurluğa görə məhkum olunmuş M.Paşayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.