Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Nəsimi rayonu ərazisində mənzillərin birindən 23000 manat pul oğurlamaqda şübhəli bilinən R.Qəhrəmanov saxlanılıb
18.01.2024
Yanvarın 12-də Nəsimi rayonu ərazisində mənzillərin birindən 23000 manat pulun oğurlanması barədə polisə məlumat daxil olub. Bakı Şəhər Baş Polis İdarəsi və Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Qəhrəmanov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Səbail rayonu ərazisində bir şirkətin qarşısından 3000 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində bir şirkətin qarşısından 3000 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini G.Mövsümov və Şuşa şəhər sakini A.Səbirzadə saxlanılıblar.Araşdırma aparılır.
Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində avtomobildən oğurluq etməkdə şübhəli bilinən S.Qənbərov saxlanılıb
Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Ramana qəsəbəsi ərazisində “Toyota” markalı avtomobildən 3000 manat pul, 3000 manat dəyərində ətir və arxa işıqları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş S.Qənbərov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Nəsimi rayonu ərazisində yerləşən restoranların birindən oğurluq etməkdə şübhəli bilinən Y.Musayev və E.Güləhmədov saxlanılıblar
Nəsimi rayonu ərazisində yerləşən restoranların birindən monitorlar və digər avadanlıqların oğurlanması barədə 21-ci Polis Bölməsinə məlumat daxil olub. Oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri Y.Musayev və əvvəllər oğurluğa görə məhkum olunmuş E.Güləhmədov polis əməkdaşları tərəfindən saxlanılıblar. Araşdırma aparılır.
Yasamal rayonu ərazisində mağazadan, bərbərxanadan və avtomobildən oğurluqda etməkdə şübhəli bilinən bir qrup Yevlax rayon sakini saxlanılıb
Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində bir mağazadan 2000 manat dəyərində quru meyvə, bir bərbərxanadan 900 manat dəyərində bərbər alətləri oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakinləri olan iki yeniyetmə, “Mercedes” markalı bir avtomobildən isə maqnitofon və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş R.Rüstəmli müəyyən olunaraq saxlanılıblar.Araşdırma aparılır.
Pirallahı rayonu ərazisində idarələrdən birinə məxsus 4000 manat dəyərində naqili oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Umudov saxlanılıb
Yanvarın 18-nə keçən gecə Pirallahı rayonu ərazisində idarələrdən birinə məxsus 4000 manat dəyərində naqilin oğurlanması barədə polisə məlumat daxil olub. Pirallahı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini N.Umudov saxlanılıb.Araşdırma aparılır.
Sumqayıt şəhəri ərazisində 2 qadının mobil telefonunu oğurlamaqda şübhəli bilinən A.Cavadov saxlanılıb
Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər ərazisində 2 qadının mobil telefonunu oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş A.Cavadov saxlanılıb. Ondan metamfetamin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Nərimanov rayonunda son bir neçə gün ərzində keçirilən tədbirlərlə ümumilikdə 10 ədəd odlu silah aşkar edilərək götürülüb
Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən son bir neçə gün ərzində keçirilən tədbirlərlə ümumilikdə 10 ədəd odlu silah, o cümlədən əməliyyat yolu ilə 3, əhali ilə aparılan profilaktik işlərin nəticəsi olaraq 7 ədəd tüfəng aşkar edilib. Belə ki, Şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş Anar Hacıyevdən 1 ədəd “TT” markalı tapança, ona aid sandıqça, əvvəllər məhkum olunmuş Vidadi Məmmədovdan 1 ədəd “Makarov” markalı tapança həmin silaha aid sandıqça, əvvəllər məhkum olunmuş Rüfət İbrahimovdan isə 1 ədəd “Kalaşnikov” markalı avtomat və sandıqça aşkar olunaraq götürülüb. Həmçinin, Şöbə əməkdaşlarının vətəndaşlar arasında son günlər apardıqları profilaktik söhbətlərlə ümumilikdə 7 ədəd ov tüfəngi də könüllü olaraq polis əməkdaşlarına təhvil verilib.Şöbə əməkdaşlarının narkotiklərin qanunsuz dövriyəsinə qarşı keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə ümumilikdə 10 nəfər saxlanılıb və həmin şəxslər barəsində cinayət işləri başlanılıbYanvar ayının əvvəlindən hüquqpozmalara qarşı Şöbə əməkdaşlarının keçirdikləri profilaktik tədbirlər nəticəsində müxtəlif inzibati qayda pozuntusu törədən ümumilikdə 655 şəxs də müəyyən edilib və həmin şəxslər barəsində inzibati protokollar tərtib olunub.
Tapdığı “Kalaşnikov” avtomatını könüllü təhvil vermədi polislər tərəfindən saxlanıldı
17.01.2024
Vətəndaşlarda qanunsuz olaraq saxlanılan odlu silah-sursatın əməliyyat yolu ilə aşkar edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən növbəti tədbir zamanı əvvəllər məhkum olunmuş 1983-cü il təvəllüdlü Rasim Xasməmmədov üzərində qanunsuz olaraq odlu silah-sursat saxladığı polis əməkdaşları tərəfindən tutulub. Ondan 1 ədəd “Kalaşnikov” markalı avtomat, 10 ədəd patron, 1 ədəd patron darağı və şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə heroin aşkar edilib. R.Xasməmmədov silah-sursatı bir müddət əvvəl əldə etdiyini və polisə könüllü təhvil vermək yerinə satmaq üçün özündə saxladığını bildirib. Araşdırmalar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 77 cinayətin açılması təmin olunub
Yanvarın 17-də ölkə ərazisində qeydə alınan 75, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.