Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
22.11.2023
Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə noyabrın 20-nə keçən gecə Biləcəri qəsəbəsində evlərin birindən 4700 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən Hacıqabul rayon sakini M.Ağayev, Sabirabad rayon sakini M.İslamov, Xaçmaz rayon sakini E.Rüstəmov və Astara rayon sakini, əvvəllər məhkum olunmuş A.Nəsirov saxlanılıblar.Araşdırma aparılır.
Bakı şəhər sakini olan bir nəfərin 2200 manat pulunu oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb
Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə noyabrın 22-də Bakı şəhər sakini olan bir nəfərin 2200 manat pulunu oğurlamaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Sabunçu rayonunun Ramana qəsəbəsindəki evlərin birindən təmir alətləri oğurlamaqda şübhəli bilinən M.Seyidov saxlanılıb
Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Ramana qəsəbəsində evlərin birindən 1500 manat dəyərində təmir alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Seyidov saxlanılıb. Araşdırma aparılır.
Nəsimi rayonu ərazisindəki mağazaların birindən mobil telefonlar oğurlamaqda şübhəli bilinən E.Abdullayev müəyyən olunaraq saxlanılıb
Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə noyabrın 21-nə keçən gecə rayon ərazisindəki mağazaların birindən mobil telefonlar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş E.Abdullayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Nəsimi rayonu ərazisindəki mənzillərin birindən oğurluq etməkdə şübhəli bilinən Ə.Xuduyev müəyyən olunaraq saxlanılıb
Nəsimi rayonu ərazisində mənzillərin birindən qızıl-zinət əşyaları, sənəd və bank kartının oğurlanması və həmin bank kartından 3000 manat pulun çıxarılması barədə polisə məlumat daxil olub. Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ə.Xuduyev müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Xırdalan şəhər sakini olan bir nəfərin bank kartından pulunu oğurlamaqda şübhəli bilinən E.İsmayılov müəyyən olunaraq saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri tədbirlərlə Xırdalan şəhər sakini olan bir nəfərin bank kartından hesabındakı pulunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.İsmayılov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Sabirabad rayon sakini S.Zeynalovun yaşadığı Ulacalı kəndindəki evdən marixuana aşkar olunaraq götürülüb
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə S.Zeynalovun yaşadığı Ulacalı kəndindəki evə baxış zamanı oradan 750 qrama yaxın marixuana aşkar olunaraq götürülüb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 37 cinayətin açılması təmin olunub
21.11.2023
Noyabrın 21-də ölkə ərazisində qeydə alınan 37, əvvəlki dövrlərdən bağlı qalan 24 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
Noyabrın 21-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd avtomat, 1 tapança, 3 qumbara, 7 patron darağı, 227 ədəd müxtəlif çaplı patron və 23 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər.Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 12 ov tüfəngi aşkar edilərək götürülüb.
Ağdaş rayonunun Qəribli kəndi ərazisindən keçən dəmir yolundan 9 ədəd rels altlıqlarını oğurlamaqda şübhəli bilinən T.Bərxudarov saxlanılıb
Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Ağdaş rayonunun Qəribli kəndi ərazisindən keçən dəmir yolundan 9 ədəd rels altlıqlarını oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş T.Bərxudarov saxlanılıb. Araşdırma aparılır.