Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
17.01.2024
Yanvarın 17-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 ədəd avtomat silahı, 17 ədəd müxtəlif markalı tüfəng, 10 ədəd patron darağı və 675 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
DİO əməkdaşları tərəfindən silah-sursat götürülmüşdür
Yanvarın 17-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 ədəd avtomat silahı, 3 ədəd tapança, 3 ədəd müxtəlif markalı tüfəng, 5 ədəd patron darağı və 110 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Ümumi çəkisi 12,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Yanvarın 17-də polis əməkdaşlarının respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 12,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3 kiloqramdan artıq heroin, 8,3 kiloqramdan çox marixuana, 1 kiloqramdan çox metamfetamin və 620 ədəd metadon həbi olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Şıxəliyev saxlanılıb
Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 16-da rayon ərazisində bir yeniyetmənin mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və xuliqanlığa görə məhkum olunmuş E.Şıxəliyev saxlanılıb. Ondan heroin aşkar olunaraq götürülüb.Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Ümid qəsəbə sakini S.Qurbanov müəyyən olunaraq saxlanılıb
Yanvarın 16-da saat 23 radələrində Sahil qəsəbəsi ərazisindən “Opel” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Qaradağ RPİ 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə avtomobil qəsəbə ərazisində tapılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Ümid qəsəbə sakini S.Qurbanov müəyyən olunaraq saxlanılıb. Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.
Avtomobil qaçırmaqda şübhəli bilinən Yevlax rayon sakini E.Abuşov saxlanlılıb
Nərimanov RPİ 18-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 16-da Yevlax rayonu ərazisindən “VAZ-2107” markalı avtomobil qaçırmaqda şübhəli bilinən rayon sakini E.Abuşov saxlanlılıb. Araşdırma aparılır.
1400 manat dəyərində məhsul oğurlamaqda şübhəli bilinən Xaçmaz rayon sakini H.Yusibov müəyyən olunaraq saxlanılıb
Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Lökbatan qəsəbəsi ərazisində yerləşən bazarda 2 mağazadan ümumilikdə 1400 manat dəyərində məhsul oğurlamaqda şübhəli bilinən Xaçmaz rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş H.Yusibov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Ağstafa rayon sakini A.Əyyubov saxlanılıb
Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakıxanov qəsəbəsi ərazisində bir evin həyətindən 1900 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Ağstafa rayon sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş A.Əyyubov saxlanılıb. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini olan qadın müəyyən olunaraq saxlanılıb
Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə 10-cu mikrorayon ərazisində yerləşən qızıl mağazalarının birindən 420 manat dəyərində qızıl üzük oğurlamaqda şübhəli bilinən şəhər sakini olan qadın müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 85 cinayətin açılması təmin olunub
16.01.2024
Yanvarın 16-da ölkə ərazisində qeydə alınan 77, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.